Humanizm, hüquqi dövlət və milli birlik nümunəsi
18.12.2025 [18:44]
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin müasir mərhələsində mühüm siyasi və hüquqi əhəmiyyətə malik hadisədir. Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin tam təmin olunması kimi tarixi nailiyyətlərlə birbaşa bağlıdır. Məhz bu mühüm kontekst çərçivəsində Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü dövlətin humanist mahiyyətini, hüquqi dövlət prinsiplərinə sadiqliyini və vətəndaş–dövlət münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş siyasi iradəsini nümayiş etdirir.
Konstitusiya hər bir müstəqil dövlətin hüquqi əsaslarını müəyyən edən ali qanundur və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqaməti kimi təsbit olunub. Suverenlik anlayışı isə dövlətin öz ərazisi üzərində tam hakimiyyətini, daxili və xarici siyasətdə müstəqil qərarvermə hüququnu ifadə edir.
Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bu prinsipləri real məzmunla təmin etmiş, ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa olunmuşdur. Belə bir şəraitdə amnistiya təşəbbüsü Konstitusiyanın ruhuna və suveren dövlətçilik anlayışına tam uyğun olaraq cəmiyyətdə sosial ədalətin, humanizm və mərhəmət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Amnistiya aktları hüquqi baxımdan cəza siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda islah və yenidən cəmiyyətə inteqrasiya məqsədi daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı xüsusilə sosial yönümlü xarakter daşıyır və dövlət qarşısında xüsusi xidmətləri olan, eləcə də sosial baxımdan həssas kateqoriyalara aid şəxslərin əhatə olunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailə üzvlərinə, müharibə nəticəsində zərər çəkmiş insanlara göstərilən bu diqqət milli həmrəyliyin və dövlət-vətəndaş birliyinin gücləndirilməsinə xidmət edir.
Bununla yanaşı, qadınlar, azyaşlı övladı olan şəxslər, ahıl yaşda olan məhkumlar, cinayəti yetkinlik yaşına çatmamış törətmiş şəxslər və az ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşların amnistiya ilə əhatə olunması cəza siyasətində humanist yanaşmanın üstünlük təşkil etdiyini göstərir.
Azərbaycan dövlətçilik tarixində amnistiya və əfv institutları mühüm yer tutur və bu ənənə xüsusilə ümummilli lider Heydər Əliyevin siyasi xətti ilə möhkəmlənmişdir. Prezident İlham Əliyev bu xətti müasir dövrün reallıqları və çağırışları fonunda uğurla davam etdirərək hüquqi dövlət quruculuğunu yeni mərhələyə yüksəldir.
Amnistiya aktı təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətə ünvanlanan siyasi və mənəvi mesajdır ki, dövlət qanunun aliliyini qorumaqla yanaşı, islah olunmaq istəyən vətəndaşa ikinci şans verməyə hazırdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs Azərbaycan Respublikasının güclü, müstəqil və humanist dövlət kimi inkişaf etdiyini, Konstitusiyanın ali hüquqi sənəd kimi real həyatda tətbiq olunduğunu və suverenliyin yalnız hərbi-siyasi deyil, həm də hüquqi və mənəvi məzmun daşıdığını bir daha təsdiqləyir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan cəmiyyətində sosial ədalətin təmin olunmasına, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da sağlam əsaslar üzərində qurulmasına xidmət edən mühüm və tarixi əhəmiyyətə malik addım kimi qiymətləndirilə bilər.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37

