Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs
18.12.2025 [22:01]
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını təmin edən, zəngin siyasi irsin layiqli davamçısı kimi xalqının mənafeyini daim üstün tutan, dövlətçiliyimizin və ərazi bütövlüyümüzün keşiyində qətiyyətlə dayanan görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı səhifələrindən birini yaşamaqdadır.
Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, sarsılmaz liderliyi, Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal xarakterli antiterror tədbirləri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, Konstitusiyamızın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin edilmişdir. Bu tarixi nailiyyət xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirmiş, dövlət–xalq birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmiş və gələcək nəsillər üçün əbədi örnək yaratmışdır.
Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşma ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da əsas meyar kimi qəbul edilmiş, cəza siyasətində islah və tərbiyəedici funksiyaya xüsusi önəm verilmişdir.
Suverenliyimizin bərpasının və Konstitusiyamızın ali hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olunmasının xalqımız üçün tarixi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və cəzadan azad ediləcək şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə ümid edərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Amnistiya aktları və əfv sərəncamları cəza siyasətində humanizmin təmin olunmasına xidmət edən mühüm hüquqi-siyasi mexanizmlərdir. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qəbul edilən bu sənədlər on minlərlə insanın taleyində mühüm dəyişikliklərə səbəb olmuşdur. Azərbaycan və dünya təcrübəsi göstərir ki, amnistiya və əfvlər yalnız hüquqi akt deyil, eyni zamanda dövlətlə vətəndaş arasında etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm ictimai institutdur.
1995-ci ildən etibarən ölkəmizdə qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı 17 mindən artıq şəxsi əhatə etmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunmuşdur ki, onlardan 7060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlərin payına düşür.
Qeyd etmək lazımdır ki, Milli Məclisin deputatı olduğu dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktları qəbul edilmiş, bu təşəbbüslər humanizm və sosial ədalət prinsiplərinin dövlət siyasətində ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləmişdir.
Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə sadiqliyinin parlaq təzahürü olmaqla yanaşı, hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilir.
Prezidentin təşəbbüsü ilə gerçəkləşdiriləcək növbəti amnistiya Azərbaycanın müstəqillik tarixinə ən böyük akt kimi düşəcək. "Konstitusiya və Suverenlik İli"ndə irəli sürülən və ali insani dəyərlərə əsaslanan bu təşəbbüs həm də vətən qarşısında borcunu layiqincə yerinə yetirən, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xidmətləri olan şəxslərin və onların yaxınlarının da bağışlanmasını özündə ehtiva etməsi ilə diqqət çəkir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

