"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı”
18.12.2025 [20:36]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirilib.
Tədbirdən öncə Universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, dövlət idarəçiliyində liderin fəaliyyəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətdə öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib”.
V.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır: “Bu siyasət həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandırmış daxili və xarici siyasəti Azərbaycanı dünyada sabitlik adasına, multikulturalizm mərkəzinə, qlobal tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: “Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və tam suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlmişdir. Ata vəsiyyətini və xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək istədiyi qalib və qüdrətli dövlətə çevirməklə bərabər, strateji hədəfləri ardıcıl olaraq gerçəkləşdirərək nəinki ölkəmiz, bütövlükdə regionumuz üçün yeni perspektivlər yaratmışdır”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir: “Ulu Öndərimizin dahiyanə söylədiyi bir fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaqdır”.
Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

