Azərbaycan etibarlı dövlətdir
12.01.2026 [19:08]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
2026-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, 240 meqavat gücündə olan bu stansiya artıq fəaliyyətə başlayaraq ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Dörd il əvvəl – 2022-ci ilin yanvarında təməli qoyulan bu layihənin bu gün uğurla istismara verilməsi Azərbaycanda strateji qərarların kağız üzərində qalmadığını, ardıcıl icra mexanizmi ilə reallaşdırıldığını sübut edir. Cənab Prezidentin vurğuladığı kimi, bu illər ərzində aparılan fəal işlər nəticə etibarilə konkret məhsula – enerji gücünə çevrilib. Burada xüsusilə diqqətçəkən məqam odur ki, “ACWA Power”in bu layihəsi Azərbaycanda ilk bərpaolunan enerji stansiyası olsa da, sonuncu deyil. Bu isə artıq sabit və uzunmüddətli tərəfdaşlığın formalaşdığını göstərir. İnvestor kimi Səudiyyə Ərəbistanının, baş podratçı kimi isə Çinin “Power China” şirkətinin iştirakı göstərir ki, Azərbaycan qlobal iqtisadi və texnoloji şəbəkələrə tam inteqrasiya olunmuş etibarlı platformadır.
Cənab Prezident çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə də toxundu. Bu günə qədər ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi həyata keçirilən siyasətin düzgünlüyünü sübut edir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi Azərbaycanın maliyyə sabitliyinin göstəricisidir. Beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi də ölkəmizə olan etimadın daha da artdığını təsdiqləyir. Bərpaolunan enerji potensialının artması yeni infrastrukturun yaradılmasını da zəruri edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, növbəti illərdə bərpaolunan enerji güclərinin artması həm daxili tələbatı tam ödəməyə, həm də elektrik enerjisi ixracını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı təkcə quru ərazilərlə məhdudlaşmır. Prezident İlham Əliyevin Xəzər dənizinin 157 giqavatlıq külək potensialını xatırlatması göstərir ki, ölkə artıq enerji xəritəsini qlobal miqyasda düşünür. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Tarixdə ilk dəfə 250 MVt-lıq bu sistemin qurulması Azərbaycanın artıq enerji istehsalından idarəetməyə keçdiyini göstərir. Eyni zamanda süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə ünvanlanan çağırış onu deməyə əsas verir ki, Azərbaycan enerjidən texnologiyaya, resursdan innovasiyaya keçid mərhələsinə daxil olub. Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan Respublikasının bərpaolunan enerji sahəsində atdığı addımlar gələcək nəsillərin rifahına hesablanmış uzaqgörən dövlət siyasətinin parlaq nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

