Planlı, mərhələli və nəticəyönümlü
16.01.2026 [15:25]
2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında su təhlükəsizliyinin xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan bu müşavirə ölkənin sosial-iqtisadi dayanıqlığı baxımından mühüm yol xəritəsinin təqdimatı kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında su ehtiyatlarının idarə olunmasının artıq təkcə kommunal məsələ deyil, milli təhlükəsizlik, ekoloji tarazlıq və urbanizasiya prosesləri ilə birbaşa bağlı strateji vəzifə olduğunu vurğuladı. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında əhalinin sürətli artımı, infrastruktur yüklənməsi və iqlim dəyişikliklərinin təsiri fonunda kompleks yanaşmanın zəruriliyi diqqətə çatdırıldı.
Dövlət Proqramı çərçivəsində su təchizatının dayanıqlığının artırılması, yağış və tullantı sularının idarə edilməsində müasir texnologiyaların tətbiqi, itkilərin minimuma endirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılması əsas prioritetlər kimi müəyyən edilib. Dövlət başçısı çıxışında bu sahədə həyata keçiriləcək tədbirlərin yalnız mövcud problemlərin həllinə deyil, gələcək onilliklər üçün qabaqlayıcı planlamaya xidmət etdiyi xüsusi vurğulandı.
Müşavirədə səsləndirilən əsas məqamlardan biri də su infrastrukturunun yenilənməsinin insanların həyat keyfiyyətinə birbaşa təsiri ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, etibarlı su təchizatı, səmərəli kanalizasiya və yağış sularının düzgün idarə olunması sağlam şəhər mühitinin formalaşmasının ayrılmaz hissəsidir. Bu yanaşma Azərbaycanın “yaşıl inkişaf” və ekoloji məsuliyyət prinsipinə sadiqliyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkədə həyata keçirilən bütün dövlət proqramları planlı, mərhələli və nəticəyönümlü xarakter daşıyır. 2026–2035-ci illəri əhatə edən bu proqram təkcə texniki layihələr toplusu deyil, eyni zamanda Azərbaycanın gələcək urbanistik inkişaf modelini müəyyən edən strateji sənəddir.
Nəticə etibarilə, sözügedən müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində yeni mərhələyə keçidinin rəsmi təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu strateji baxış, ölkənin sosial rifahının, ekoloji sabitliyinin və dayanıqlı inkişafının uzunmüddətli təminatına xidmət edir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

