Bizim xalqımızın gələcəyi gənclərdir
30.01.2026 [18:51]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi önəm daşıyan əlamətdar tarixlərdən biridir. Bu günün təsis edilməsi Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması dövlət-gənclər siyasətinin strateji əsaslara söykəndiyini təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin 8 dekabr 2002-ci ildə söylədiyi dərin məzmunlu fikir bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir:
“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
Bu fikirlər gənclərin yalnız ölkənin gələcəyi deyil, eyni zamanda dövlətin möhkəm təməlinin əsas dayağı olduğunu göstərir.
Ümummilli Liderin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi üçün yaradılan geniş imkanlar – təhsil sahəsində islahatlar, beynəlxalq proqramlarda iştirak, idman və mədəniyyət sahəsində əldə olunan uğurlar, gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi həyata keçirilən siyasətin real nəticələridir. Bu yanaşma gənclərin hərtərəfli inkişafını, sağlam düşüncəli və vətənpərvər şəxsiyyət kimi formalaşmasını təmin edir.
Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq Ulu Öndərin ideyalarının həyatiliyini bir daha sübut etdi. Gənclərimiz yüksək mənəvi dəyərlərə, milli ruh və dövlətçilik düşüncəsinə sahib olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Onların şücaəti Azərbaycanın tarixində yeni bir şanlı səhifə açdı.
Bu gün gənclərimiz işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq prosesində də fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Elmə, təhsilə, innovasiyalara maraq göstərən gənclik Azərbaycanın davamlı inkişafının əsas təminatıdır.
2 Fevral – Azərbaycan Gəncləri Günü bir daha göstərir ki, güclü dövlət güclü gəncliklə mümkündür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin parlaq gələcəyinə möhkəm zəmin yaradır.
Bu əlamətdar gün münasibətilə bütün gənclərimizi təbrik edir, onlara sağlamlıq, bilik, əxlaq və vətənpərvərlik yolunda uğurlar arzulayırıq. Əminik ki, Azərbaycan gəncliyi ölkəmizin gələcəyini etibarlı əllərdə saxlayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

