Səbail rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü qeyd olunub
20.11.2013 [09:21]
Noyabrın 19-da Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev YAP-ın yaranmasının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də təsis edilən YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrildi: “Tarixi zərurətdən yaranan YAP ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Bu gün partiyaya rəhbərlik edən Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycan günü-gündən tərəqqi və inkişaf yolu ilə irəliləyir”.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov deyib ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ulu öndər Heydər Əliyev ölkəmizi parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi: “Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılmasına, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndər Heydər Əliyevin davamçılarıdır. YAP-ın ilk yaranan rayon təşkilatlarından biri olan Səbail rayon təşkilatında bu gün 107 ilk ərazi təşkilatında 22636 nəfər üzv cəmləşib. Təşkilat üzvlərinin 55,7 faizini qadınlar, 65,2 faizini isə gənclər təşkil edir”.
Natiq bidirib ki, YAP bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.
Toplantıda çıxış edən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Beynəlxalq Avrasiya Fondunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının katibi Ümid Rəhimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, müharibə veteranı Cəbrayıl Əliyev, istefada olan polkovnik Əzizağa Qənizadə və başqaları Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın uğurlarından danışıblar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup veterana Fəxri Fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük biletləri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

