Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.
19.02.2026 [14:47]
19 fevral 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca partiyanın yaradılmasına və keçdiyi şərəfli tarixi yola həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları, gənc və veteran üzvlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məruzə ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma zərurətindən, keçdiyi mühüm tarixi mərhələlərdən, rayon təşkilatının fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və bu siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb.
Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiya rəhbərliyini, üzvlərini və fəallarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi həyatında müstəsna rolundan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən söz açıb. Bildirib ki, partiyanın təsisçisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əziz Əzizov Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərindən, həmçinin bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs etdi. Çıxışını Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə tamamlayan Əziz Əzizov bildirib ki, YAP bundan sonra da ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamaqda davam edəcəkdir.
Tədbirdə həmçinin Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, partiyanın fəal üzvləri-Rəşidə Allahverdiyeva, Sənar Kərimov və veteran partiya üzvü Bakir Həsənov da çıxış edərək YAP-ın keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan və əldə olunan nailiyyətlərdən danışıblar.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində xüsusi xidmətləri olan veteran partiya üzvləri fəxri fərmanlarla təltif olunublar. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

