Tarixi zərurətdən yaranan YAP xalqa xidmət missiyasını şərəflə yerinə yetirib
22.11.2013 [09:14]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “EKOL” Mühəndislik Xidmətləri QSC ərazi ilk partiya təşkilatında YAP-ın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
“EKOL” Mühəndislik Xidmətləri QSC-nin direktoru Ramil Əliyev tədbir iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Ötən 21 il ərzində YAP-ın keçdiyi şərəfli inkişaf yolundan danışan direktor deyib ki, ağır zamanda Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub: “1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP müasir Azərbaycanın inkişafının əsasını qoyub”.
O bildirib ki, YAP-ın yaranması və Ulu öndər Heydər Əliyevin partiyaya Sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb.
Çıxış edən “EKOL” Mühəndislik Xidmətləri QSC ərazi ilk partiya təşkilatının sədri Fəxrəddin Quliyev Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddətdə ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlərdən danışıb. O deyib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkəni parçalanmaqdan qoruyub, xalqımızın xilaskarına çevrilib: “Məhz həmin dövrdə yeni yaranan YAP möhkəmlənib və inkişaf edib, ölkədə əmin-amanlığın yaradılmasına, iqtisadi inkişafa başlanmasına töhfələrini verib”.
Tədbirdə fikirlərini iştirakçılarla bölüşən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrilib: “Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində böyük inkişafa nail olub. Bu gün partiyaya rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görüb. Azərbaycan gündən-günə daha sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, ötən ay keçirilən prezident seçkilərində İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Prezident seçilib”.
Tədbirdə çıxış edən Rəşad İsmayılov, Kamil Akimov, Səbuhi Veysəlov və digərləri Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup partiya üzvünə Fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22

