Azərbaycanın ədalətə əsaslanan mövqeyi
16.03.2026 [11:46]
Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarının işğaldan azad olunması üçün siyasi və diplomatik yollar axtarıb. Lakin otuz ilə yaxın davam edən nəticəsiz danışıqlar, bəzi beynəlxalq vasitəçilərin qeyri-obyektiv yanaşması və ikili standartlar regionda ədalətli həllə imkan vermədi.
Bu şəraitdə Azərbaycan xalqı və dövləti öz tarixi hüququnu təmin etmək üçün qətiyyətli addım atdı və işğal altında olan torpaqlarını güc yolu ilə azad etdi. Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi əsas fikirlərdən biri də məhz bu idi: Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi və bununla regionda yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallıq bir daha göstərdi ki, bəzən beynəlxalq hüququn kağız üzərində qalmasına imkan verməmək üçün dövlətlər öz gücünə və siyasi iradəsinə arxalanmalı olur. Azərbaycan bunu bacardı və bu gün Cənubi Qafqazda yeni mərhələnin əsasını qoydu.
Prezident İlham Əliyev forumdakı çıxışında, hərbi mərhələ başa çatdıqdan sonra Azərbaycanın regionda davamlı sülhün qurulması üçün siyasi dialoqa üstünlük verdiyini qeyd etdi. Azərbaycanın mövqeyi aydındır: müharibə artıq tarixdə qalıb və regionun gələcəyi əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimada əsaslanmalıdır. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət kimi davranışının bariz nümunəsidir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra revanşist ritorikaya deyil, məhz sülh gündəliyinə üstünlük verdi. Bu isə regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edən strateji xəttdir.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də bəzi beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyi ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, uzun illər davam edən danışıqlar prosesində bəzi vasitəçilər problemin həllindən daha çox status-kvonun qorunmasına xidmət edirdi. Məhz buna görə Azərbaycan “qırnaqarası vasitəçilikdən” imtina edərək yeni yanaşma ortaya qoydu. Rəsmi Bakı hesab etdi ki, regionun gələcəyini müəyyən edən məsələlərdə ən səmərəli yol ikitərəfli dialoqdur. Bu yanaşmanın nəticəsi isə gözlənilən oldu. Üçüncü tərəflərin siyasi manipulyasiyalarından və geosiyasi maraqlarından uzaq formatda aparılan danışıqlar sülh prosesinə daha real dinamika gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər birbaşa dialoqa başlayan kimi sülh gündəliyində ciddi irəliləyiş əldə olundu.
XIII Qlobal Bakı Forumunda səslənən fikirlər təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün mühüm mesaj idi. Müasir dünya həqiqətən də keçid dövrünü yaşayır: geosiyasi gərginliklər artır, beynəlxalq hüququn selektiv tətbiqi isə yeni münaqişələrin yaranmasına səbəb olur.
Azərbaycanın təcrübəsi göstərir ki, dövlətlər öz suverenliyini qətiyyətlə müdafiə etməlidir, münaqişələrin həllində ədalət və beynəlxalq hüquq əsas prinsip olmalıdır, sülh isə yalnız real siyasi dialoq və qarşılıqlı hörmət üzərində qurula bilər.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın müasir dünya siyasətində artan rolunu bir daha nümayiş etdirdi. Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə sülh, əməkdaşlıq və ədalətli beynəlxalq münasibətlər modelini müdafiə edən ölkə kimi çıxış edir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan öz gücünə arxalanaraq tarixi ədaləti bərpa edən və eyni zamanda gələcəyə sülh və əməkdaşlıq prizmasından baxan məsuliyyətli dövlətdir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 Aprel 23:16
Dünya
13 Aprel 22:49
İqtisadiyyat
13 Aprel 22:31
Dünya
13 Aprel 22:14
Dünya
13 Aprel 21:58
Sosial
13 Aprel 21:20
Dünya
13 Aprel 21:05
Müsahibə
13 Aprel 20:45
Dünya
13 Aprel 20:33
Dünya
13 Aprel 20:17
Dünya
13 Aprel 19:50
YAP xəbərləri
13 Aprel 19:38
İqtisadiyyat
13 Aprel 19:22
YAP xəbərləri
13 Aprel 18:55
Dünya
13 Aprel 18:11
YAP xəbərləri
13 Aprel 18:01
Sosial
13 Aprel 16:33
YAP xəbərləri
13 Aprel 16:23
İdman
13 Aprel 16:23
Elm
13 Aprel 15:54
Dünya
13 Aprel 15:42
YAP xəbərləri
13 Aprel 15:32
YAP xəbərləri
13 Aprel 14:36
Sosial
13 Aprel 14:32
Gündəm
13 Aprel 14:24
Hadisə
13 Aprel 14:01
Xəbər lenti
13 Aprel 14:00
Elm
13 Aprel 13:54
YAP xəbərləri
13 Aprel 13:44
Elanlar
13 Aprel 13:35
Dünya
13 Aprel 13:35
Dünya
13 Aprel 12:54
Dünya
13 Aprel 12:20
Elm
13 Aprel 12:06
Sosial
13 Aprel 11:58
Siyasət
13 Aprel 11:43
Dünya
13 Aprel 11:41
Elm
13 Aprel 11:40
Elm
13 Aprel 11:38
Dünya
13 Aprel 11:13
İqtisadiyyat
13 Aprel 11:05
Sosial
13 Aprel 10:51
Dünya
13 Aprel 10:49
YAP xəbərləri
13 Aprel 10:47
Hərbi
13 Aprel 10:45
Dünya
13 Aprel 10:25
Dünya
13 Aprel 09:58
Dünya
13 Aprel 09:20
Dünya
13 Aprel 08:43
Dünya
13 Aprel 08:17
Sosial
13 Aprel 07:55
Dünya
13 Aprel 07:31
Dünya
12 Aprel 23:34
Sosial
12 Aprel 23:16
Dünya
12 Aprel 22:51
Dünya
12 Aprel 22:19
Sosial
12 Aprel 21:43
Hadisə
12 Aprel 21:42
Dünya
12 Aprel 20:34
Dünya
12 Aprel 19:40
YAP xəbərləri
12 Aprel 19:05
Dünya
12 Aprel 18:25
Dünya
12 Aprel 17:19
Siyasət
12 Aprel 16:42
Sosial
12 Aprel 16:33
Sosial
12 Aprel 15:28
Hadisə
12 Aprel 14:15
Dünya
12 Aprel 13:34
Dünya
12 Aprel 13:32
Dünya
12 Aprel 12:25

