Ağdamda Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
10.05.2026 [22:00]
10 may 2026-cı il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nüməyəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ağdam Muğam Mərkəzində baş tutan rəsmi hissədə iştirakçılar Ulu öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərlərdən bəhs edən foto və kitab sərgisi ilə tanış olub, daha sonra Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Əvvəlcə Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Xalqa həsr olunmuş ömür” adlı filim tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymasından bəhs etmişdir. Çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin gələcək inkişafının möhkəm təməlini qoymasından, 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının xalqın tələbi və zərurətindən yaranaraq qısa müddətdə ümumxalq partiyasına çevrilməsindən, məhz bu siyasi təşkilatın fəaliyyəti nəticəsində ölkədə sabitliyin bərpa olunmasından, dövlətçilik prinsiplərinin möhkəmlənməsindən və Azərbaycanın davamlı inkişaf strategiyasının müəyyən edilməsindən bəhs etmişdir. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.
Tədbirdən sonra YAP Ağdam rayon təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə hədiyyələr təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

