Qlobal Urbanizasiyanın Bakı Zirvəsi
19.05.2026 [15:58]
2026-cı il mayın 18-də Bakıda BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ile Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) möhtəşəm açılış mərasimi keçirilmişdir. "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunmuş bu qlobal tədbir, iştirakçı sayı və proqramına ilk dəfə daxil edilən "Liderlər Sammiti" seqmenti ilə forumun tarixinə rekordlarla yazılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları proqram xarakterli geniş və dərin məzmunlu çıxış edərək, Bakının ekoloji transformasiya təcrübəsini, ölkədə aparılan sürətli şəhərsalma proseslərini və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan bənzərsiz post-münaqişə bərpa modelini beynəlxalq birliyin diqqətinə çatdırıb.
Möhtərəm Prezidentimiz çıxışında Bakı şəhərinin tarixi keçmişinə və onun qlobal sənayedəki roluna toxunaraq, paytaxtın keçdiyi böyük inkişaf yolunu xüsusi vurğulayıb. Dövlət başçısı xatırladıb ki, Bakı 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk neftin hasil edildiyi məkandır. Lakin uzun illər boyu davam edən sənaye fəaliyyəti şəhərdə ağır ekoloji fəsadlar buraxmışdı. Prezident xarici qonaqlar üçün bəlkə də sadə adlar kimi səslənən, lakin Bakının ekoloji tarixində böyük rəmzi məna daşıyan ərazilərdən nümunələr gətirərək qeyd edib ki, əgər Bakının "Qara Şəhər", Bibiheybət və Böyükşor kimi ərazilərinin 20 il əvvəlki mənzərəsi ilə bugünkü mənzərəsi müqayisə edilsə, Bakıda ekoloji cəhətdən təmiz şəhər məkanının yaradılması istiqamətində nələrə nail olunduğu aydın görünər. Dövlət başçısının qeyd etdiyi kimi, vaxtilə neft tullantıları ilə çirklənmiş "Qara Şəhər" bu gün dünyanın ən müasir və ekoloji şəhərsalma layihələrindən biri olan "Ağ Şəhər"ə çevrilib. Böyükşor gölünün ekoloji bərpası və Bibiheybət zonasının yaşıllaşdırılması Azərbaycanın dayanıqlı şəhər ekosistemləri qurmaq sahəsindəki qətiyyətinin bariz göstəricisidir.
Çıxışın ən strateji xəttini Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi analoqu olmayan yenidənqurma işləri təşkil edib. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət edərək, Azərbaycanın post-münaqişə dövründə tamamilə dağıdılmış şəhər və kəndləri sıfırdan necə bərpa etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli bir neçə fundamental prinsipə əsaslanır. İlk növbədə, azad edilmiş torpaqlarda qurulan infrastruktur ən müasir rəqəmsal texnologiyalara və idarəetmə sistemlərinə əsaslanan "Ağıllı Şəhər" və "Ağıllı Kənd" konseptləri üzərində qurulur. Digər mühüm istiqamət isə bütün azad edilmiş ərazilərin rəsmən "Yaşıl Enerji Zonası" elan edilməsidir ki, burada daxili nəqliyyat, işıqlandırma və məişət ehtiyacları tamamilə hidro, Günəş və külək enerjisi hesabına təmin olunur. Eyni zamanda, inşa edilən şəhərlər təkcə müasir binalardan ibarət deyil, onlar insanların layiqli yaşaması üçün təhlükəsiz, inklüziv və iqtisadi cəhətdən dayanıqlı icmalar kimi layihələndirilir
Yekun olaraq qeyd etmək istəyirəm ki, Cənab İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda trendləri təyin edən lider dövlətlərdən biri olduğunu bir daha sübut etdi. Bakı Forumu çərçivəsində nümayiş etdirilən Azərbaycan modeli qlobal urbanizasiya strategiyasının növbəti onilliklər üçün yol xəritəsini müəyyən edəcək gücə malikdir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45

