Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəlbəcər rayon təşkilatı Milli Qəhrəman Hökumə Əliyevanın ev-muzeyini ziyarət edib

YAP Kəlbəcər rayon təşkilatı Milli Qəhrəman Hökumə Əliyevanın ev-muzeyini ziyarət edib

05.06.2026 [12:50]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Kəlbəcər rayon 67 nömrəli tam orta məktəbin kollektivi Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində fəaliyyət göstərən ev-muzeyini ziyarət ediblər.

Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, 67 nömrəli tam orta məktəbin direktoru Elbrus Mirzəyev, rayon təşkilatının əməkdaşları və məktəbin kollektivi iştirak ediblər.
Milli Qəhrəman Hökumə Əliyevin atası Cəlil Aliyev ziyarətçilərə muzeyin yaranma tarixi, burada nümayiş etdirilən eksponatlar, Milli Qəhrəmana məxsus şəxsi əşyalar və onun şərəfli həyat yolu haqqında ətraflı məlumat verib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, 67 nömrəli tam orta məktəbin direktoru Elbrus Mirzəyev və digər çıxış edənlər Milli Qəhrəman Hökumə Əliyevanın qəhrəmanlığından, Vətənə sədaqətindən və fədakarlığından bəhs edərək bildiriblər ki, onun göstərdiyi igidlik Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik nümunəsidir. Qeyd olunub ki, Hökumət Əliyevin xidmətlərinə verilən yüksək qiymətin göstəricisi kimi ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Milli Qəhrəman” adı verilib.

Ziyarət zamanı iştirakçılar Hökumə Əliyevanın şəxsi əşyaları, müxtəlif illərdə çəkilmiş fotoşəkilləri, təhsil və əmək fəaliyyətini əks etdirən sənədlər, o cümlədən Bakı Dövlət Universitetində bakalavr, magistr və doktorantura təhsili aldığı dövrlərə aid materiallar, elmi fəaliyyəti ilə bağlı sənədlər, iş həyatını əks etdirən eksponatlar və digər qiymətli nümunələrlə tanış olublar.
Bildirilib ki, ev-muzeyi Milli Qəhrəman Hökumə Əliyevanın zəngin həyat və fəaliyyətinin, qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılması və yaşadılması məqsədilə yaradılıb.

Sonda Cəlil Alıiyev ziyarətçilərə təşəkkürünü bildirərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Paylaş:
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30