Ötən otuz ildən çox müddətdə Azərbaycan orta gücə malik dövlətə çevrilib
17.07.2026 [12:13]
Bu həftə Azərbaycan daha bir mühüm tədbirə - IV Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi.Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Aparıcı media nümayəndələrinin, ekspertlərin Forumda iştirakı bir daha onun əhəmiyyətini, getdikcə qlobal miqyasda daha böyük maraq doğurduğunu, mühüm platformaya çevrildiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında media nümayəndələrinin çoxsaylı suallarını cavablandıraraq, həm ölkəmizlə, həm də beynəlxalq gündəmin də aktual mövzuları ilə bağlı fikirlərini açıqladı. Dövlət başçısının mesajları təkcə Azərbaycan üçün deyil, qlobal media məkanı üçün də aktual çağırışlar kimi xarakterizə olunur.
Dövlət başçısı mövzu ilə bağlı bildirib ki, Azərbaycan kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib: "Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir. Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik".
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumununda çıxışı və sual-cavab sessiyası müxtəlif istiqamətləri əhatə edirdi. Azərbaycan tarixindən tutmuş, yaxın tariximiz, eyni zamanda, ölkəmizin keçdiyi yol, müstəqillik dövrünün çətinlikləri və 44 günlük müharibədə əldə etdiyimiz qələbə və digər mövzular diqqətdə oldu.Prezident Azərbaycanın beynəlxalq mövqeyi, Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda təmsilçilik məsələlərinə də toxundu. O cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar və inkişaf etməkdə olan ölkələrin daha geniş təmsilçiliyinə dair fikirlərini səsləndirdi.
Qlobal Media Forumu Azərbaycanın orta gücə malik bir dövlət olduğunu bir daha ortaya qoydu və bu potensiala sahib olmasını bir daha göstərdi.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

