Milli Mətbuat: 1875-ci İlin Sətirlərindən Gələcəyin Çağırışlarına
21.07.2026 [14:25]
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
22 iyul Azərbaycan milli mətbuatının yaranma günü kimi ölkəmizdə hər il böyük ehtiramla qeyd olunur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və təbiətşünas Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti Azərbaycan dilində çap edilən ilk milli qəzet olmaqla mətbuat tariximizin əsasını qoymuşdur. Maarifçilik missiyasını üzərinə götürən "Əkinçi" qısa müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında böyük maraq qazanaraq xalqın maariflənməsinə, milli şüurun formalaşmasına mühüm töhfə vermişdir. Məhz buna görə də milli mətbuat yolunda atılan ilk addım "Əkinçi" qəzeti hesab edilir.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın əhəmiyyətini belə qiymətləndirirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikir mətbuatın xalqın taleyində və dövlətçiliyin möhkəmlənməsində oynadığı mühüm rolu aydın şəkildə ifadə edir.
Prezident İlham Əliyev də milli mətbuatın cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, mətbuat operativ, obyektiv və qərəzsiz fəaliyyət göstərməli, milli maraqların müdafiəsinə xidmət etməlidir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda media fəaliyyətinin inkişafı üçün geniş imkanlar yaradılıb və bu sahə daim dövlətin diqqət mərkəzindədir.
Bu gün Azərbaycan milli mətbuatı 150 illik inkişaf yolu keçərək yeni mərhələyə qədəm qoyub. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində internet jurnalistikası geniş yayılıb, media rəqəmsallaşıb və yeni imkanlar əldə edib. Milli informasiya resurslarının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, "Jurnalistlərin dostu" mükafatının təsis edilməsi və media sahəsində həyata keçirilən islahatlar dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
Son illər Milli Mətbuat Gününün Qarabağın tacı Şuşada qeyd olunması xüsusi rəmzi məna daşıyır. Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media dialoqu üçün mühüm platformaya çevrilib. Bu forum ölkəmizin informasiya siyasətini, media azadlığını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir.
Milli mətbuatımız dünən olduğu kimi bu gün də cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ideyalarının möhkəmləndirilməsinə və ictimai rəyin formalaşmasına xidmət edir.
Milli mətbuatımızın 150 illik tarixi Azərbaycan xalqının maarifçilik, azadlıq və dövlətçilik yolunun ayrılmaz hissəsidir. Bu gün də media cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və ölkəmizin beynəlxalq aləmdə obyektiv tanıdılması istiqamətində mühüm missiya yerinə yetirir. İnanırıq ki, Azərbaycan mətbuatı müasir dövrün çağırışlarına uyğun inkişaf edərək peşəkarlıq ənənələrini gələcək nəsillərə uğurla ötürəcək və dövlətimizin inkişafına öz töhfəsini verməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

