Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İmişli rayon təşkilatında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

YAP İmişli rayon təşkilatında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

22.07.2026 [11:54]

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə başlayan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti çərçivəsində ölkədə söz və mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Səfa Ağayev müasir Azərbaycan mətbuatının cəmiyyətin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O, həmçinin YAP İmişli rayon təşkilatının media ilə səmərəli əməkdaşlığa hər zaman xüsusi önəm verdiyini bildirib.

Çıxış edən media nümayəndələri Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı üçün yaradılan əlverişli şəraitdən söz açaraq dövlətin mətbuata göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndiriblər. Qeyd olunub ki, milli mətbuatımız zəngin tarixi ənənələrə malik olmaqla yanaşı, bu gün də cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və ictimai rəyin formalaşdırılması istiqamətində mühüm missiya yerinə yetirir.

Sonda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31