YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
23.07.2026 [16:38]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında rayonun Ələt, Səngəçal, Qobustan, Qızıldaş, Müşfiqabad, Puta, Korgöz, Ümid və Çeyildağ qəsəbələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov görüşü açaraq müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşılaşdığı çətinliklərdən, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasından və ölkəmizin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb dövrdən bəhs edib. O vurğulayıb ki, həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilərək müasir müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr verib.
Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin bütün sahələrində əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi rolu var. Partiya müstəqil dövlətimizin inkişafında, qüdrətlənməsində və regionun lider dövlətinə çevrilməsində özünəməxsus yer tutur. Bu uğurların qazanılmasında partiyanın Mərkəzi Aparatı və rayon təşkilatları ilə yanaşı, əhalinin ictimai fəallığını təmin edən ərazi partiya təşkilatlarının da mühüm xidmətləri var. İlqar İlyasov bildirib ki, rayon ərazisində fəaliyyət göstərən ərazi partiya təşkilatları həm rayon təşkilatının işində, həm də ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
YAP Qaradağ rayon təşkilatının sədri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, siyasi-ideoloji və təbliğat işinin gücləndirilməsindən də danışıb. O qeyd edib ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın Qaradağ rayon təşkilatı da qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edir.
Keçirilən görüşün əhəmiyyətini vurğulayan rayon təşkilatının sədri qeyd edib ki, məqsəd rayon ərazisində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyəti ilə daha yaxından tanış olmaq, partiya quruculuğu, ideya-siyasi işin günün tələbləri səviyyəsində təşkili, yeni üzvlərin, xüsusilə gənclərin partiya sıralarına cəlb edilməsi, uçot və qeydiyyat işlərinin daha da təkmilləşdirilməsi, üzvlük haqlarının toplanması, eləcə də digər təşkilati məsələlər ətrafında fikir mübadiləsinin aparılması və yerli təşkilatların qarşılaşdıqları problemlərin həlli yollarının müzakirə edilməsidir.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatlarının sədrləri görüş zamanı verilən tapşırıq və tövsiyyələrin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Qeyd ediblər ki, partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği və həyata keçirilən layihələrdə aktiv iştirakın təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəklər.
Görüşə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ərazi partiya təşkilatlarının rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, əmin olduğunu bildirib ki, bu təşkilatların partiyanın Mərkəzi Aparatının və rayon təşkilatının tapşırıq və tövsiyələrini bundan sonra da məsuliyyətlə və fəal şəkildə yerinə yetirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

