Ana dili – Milli varlığımızın və dövlətçiliyimizin təməli
29.07.2026 [11:15]
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Hər bir xalqın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biri onun ana dilidir. Ana dili xalqın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır, milli düşüncənin, ədəbiyyatın və mədəni irsin nəsildən-nəslə ötürülməsini təmin edir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlayan ən böyük mənəvi sərvətlərdən biri olmuşdur. Məhz buna görə də hər il 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edil , bu əlamətdar gün ana dilimizin inkişafı., qorunmasına və təbliğinə həsr olunur.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, hələ sovet dövründə ana dilimizin hüquqlarının qorunması uğrunda qətiyyətli mübarizə aparmış, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur. Bu addım həmin dövrün mürəkkəb siyasi şəraitində milli dəyərlərimizin qorunması istiqamətində böyük tarixi uğur idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin xalqımız üçün əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır.” O, həmçinin vurğulayırdı: “Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etməliyik, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” Bu fikirlər Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli dövlətçiliyimizin və milli kimliyimizin əsas sütunlarından biri olduğunu göstərir.
2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması təsis edildi. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqinə, ana dilimizin inkişafına və qloballaşma dövründə onun saflığının qorunmasına xidmət edən mühüm addım oldu. Ardınca qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun və digər normativ sənədlər Azərbaycan dilinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Ana dilimizin qorunması bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirərək bildirib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.” Dövlət başçısı qeyd edib ki, dilimizin yad təsirlərdən qorunması, düzgün istifadəsi və zənginliyinin gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq borcudur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı istiqamətində mühüm işlər görülür. Dövlət dilinin tətbiqinin genişləndirilməsi, Azərbaycan dilində elektron resursların artırılması, orfoqrafiya normalarının təkmilləşdirilməsi, kitab nəşrinin dəstəklənməsi və ana dilinin informasiya məkanında mövqeyinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
Qloballaşma şəraitində xarici dilləri bilmək vacib olsa da, ana dilinə sevgi və hörmət hər zaman üstün tutulmalıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Buna görə də hər bir azərbaycanlı ana dilində düzgün danışmalı, düzgün yazmalı və onun saflığını qorumalıdır. Xüsusilə gənc nəsildə Azərbaycan dilinə hörmət hissinin formalaşdırılması gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız bir bayram deyil, həm də milli kimliyimizə, tariximizə və dövlətçiliyimizə ehtiramın ifadəsidir. Ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin müqəddəs borcudur. Çünki Azərbaycan dili yaşadıqca milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz və milli kimliyimiz də əbədi yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

