Azərbaycan dili – milli kimliyimizi əbədi yaşadan mənəvi sərvət
29.07.2026 [15:18]
Hər bir xalqın varlığını yaşadan, onun tarixini, mədəniyyətini və milli kimliyini gələcək nəsillərə çatdıran ən böyük mənəvi sərvət ana dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, düşüncə tərzi və mənəvi dünyasının aynasıdır. Azərbaycan dili də əsrlər boyu xalqımızın keçdiyi tarixi yolu, milli dəyərlərini və zəngin mədəni irsini qoruyaraq bu günümüzə qədər yaşatmışdır. Məhz buna görə də ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın mənəvi məsuliyyəti, dövlətimizin isə daim diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biridir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi yolunda Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. Sovet dövründə milli dillərin sıxışdırıldığı, rus dilinin üstün mövqeyə çıxarıldığı mürəkkəb siyasi şəraitdə Azərbaycan dilinin hüquqlarını qorumaq böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəası təsbit olundu. Həmin dövr üçün bu qərar yalnız hüquqi dəyişiklik deyil, həm də xalqımızın milli özünüdərkinin və gələcək müstəqilliyinin mühüm təminatlarından biri idi.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili dövlət quruculuğunun əsas sütunlarından birinə çevrildi. 1995-ci il Konstitusiyasında dövlət dili statusunun təsbit olunması bu istiqamətdə atılan ən mühüm addımlardan biri oldu. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dilimizin qorunması, inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğun zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dilçiliyin inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, dövlət dilinin saflığının qorunmasına yönəlmiş fərman və sərəncamlar Azərbaycan dilinin mövqeyini daha da möhkəmləndirdi.
Qloballaşmanın sürətləndiyi müasir dövrdə xarici dillərin öyrənilməsi zəruri olsa da, ana dilinə sevgi və ehtiram hər zaman üstün tutulmalıdır. Dilimizin saflığını qorumaq, onu düzgün işlətmək, xüsusilə də gənc nəslə sevdirərək ötürmək milli kimliyimizin qorunmasının vacib şərtlərindən biridir. Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və ifadə imkanları xalqımızın mənəvi gücünün, mədəni səviyyəsinin və tarixi irsinin ən parlaq göstəricilərindəndir.
Azərbaycan dili bizim milli sərvətimiz, dövlətçiliyimizin əsas rəmzlərindən və xalqımızın birliyinin təcəssümüdür. Bu dili qorumaq yalnız dilçilərin və ya dövlət qurumlarının deyil, hər bir azərbaycanlının müqəddəs borcudur. Ana dilimizə göstərdiyimiz qayğı əslində tariximizə, mədəniyyətimizə və gələcəyimizə göstərilən qayğıdır. Çünki dili yaşayan xalqın gələcəyi də yaşayır.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

