Azərbaycan-Özbəkistan müttəfiqliyində yeni mərhələ
24.08.2026 [13:58]
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) rəsmi
müsahibəsi təkcə iki ölkə arasındakı əlaqələrin gələcək inkişaf tempini deyil, həm
də bütövlükdə Türk dünyasının inteqrasiya xəritəsini müəyyən edən strateji bir
sənəd xarakteri daşıyır. Müsahibədə iki ölkə arasında strateji tərəfdaşlığın və
müttəfiqliyin ən yüksək səviyyədə olduğu vurğulanıb. Regional təhlükəsizlik,
nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığın
perspektivləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə
Özbəkistanın töhfəsi xüsusi qeyd edilib. Prezident İlham Əliyev müsahibəsində
Bakı ilə Daşkənd arasındakı qardaşlıq bağlarının tarixi köklərinə toxunub, iqtisadi,
siyasi, nəqliyyat və humanitar sahələrdə mövcud olan genişmiqyaslı tərəfdaşlığın
gələcək perspektivlərini diqqətə çatdırıb.
Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycan və Özbəkistan
münasibətlərinin hazırda özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə
çatmasıdır. Dövlət başçısı qeyd edib ki, iki qardaş xalq arasında əlaqələr ortaq dil,
mədəniyyət, tarix və mənəvi dəyərlərə əsaslanır. Son illərdə reallaşan qarşılıqlı
dövlət səfərlərinin əhəmiyyətini xatırladan Prezident İlham Əliyev imzalanmış
“Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik
münasibətləri haqqında Müqavilə”nin əlaqələrin hüquqi və siyasi sütunlarını
sarsılmaz etdiyini bildirib. Həmçinin 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası
Şuranın ikitərəfli əməkdaşlığın idarə olunmasında və layihələrin
sürətləndirilməsində mühüm institusional mexanizmə çevrildiyi xüsusi qeyd edilib.
İqtisadi və geostrateji əməkdaşlıq barədə danışarkən, Prezident İlham Əliyev hər
iki ölkənin yerləşdiyi coğrafiyanın strateji üstünlüklərini önə çıxarıb. Azərbaycanın
Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada aparıcı mövqeyi ölkələrimizi
Şərqlə Qərbi birləşdirən mühüm marşrutlarda təbii tərəfdaşlara çevirir. Hazırda
siyasi dialoqla bərabər, müştərək fondlar vasitəsilə yeni istehsal sahələrinin
qurulması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, yükdaşımaların
optimallaşdırılması, bərpa olunan enerji resurslarının inteqrasiyası və aqrar
sektorda təcrübə mübadiləsi kimi böyük layihələr icra olunmaqdadır və gələcəkdə
bu dinamika daha da artacaqdır.
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı
daxilindəki fəaliyyətinə də geniş yer ayırıb. Hər iki dövlətin TDT daxilindəki aktiv
rolu türk dünyasında siyasi dialoqun, iqtisadi və nəqliyyat imkanlarının bütövlükdə
inkişafına birbaşa töhfə verir. Xalqların bir-birinə daha da yaxınlaşmasında
humanitar bağların və qardaşlaşmış şəhərlər təşəbbüsünün xüsusi rol oynadığını
deyən dövlət başçısı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müdrik rəhbərliyi
ilə həyata keçirilən genişmiqyaslı islahatları, xüsusən də modern şəhərsalmanın
nadir nümunəsi olan “Yeni Daşkənd” layihəsini yüksək qiymətləndirib, ölkənin
kompleks inkişaf tempinin dərin məmnunluq doğurduğunu ifadə edib.
Prezident İlham Əliyevin Özbəkistan mətbuatına verdiyi bu dolğun müsahibə,
rəsmi Bakının Mərkəzi Asiya regionuna, xüsusilə də qardaş Özbəkistana verdiyi
böyük strateji dəyərin növbəti nümayişidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

