Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan strateji tərəfdaşlıq
25.08.2026 [13:44]
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin bugünkü yüksək
səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlıq perspektivlərini
əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə iki qardaş ölkə arasında
əlaqələrin yalnız dövlətlərarası münasibətlər səviyyəsində deyil, xalqlarımızın ortaq
tarixi, mədəniyyəti, dili və mənəvi dəyərləri üzərində formalaşan hərtərəfli strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətləri olduğu xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi və mənəvi bağlar əsrlərin
sınağından keçib. Ortaq türk kökləri, zəngin mədəni irs, dil və adət-ənənələr iki xalq
arasında qarşılıqlı rəğbət və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil edir.
Məhz bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası əlaqələr son illərdə sürətli
inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə
yüksəlib.
Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq,
qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının siyasi iradəsi
və qətiyyətli mövqeyi Azərbaycan–Özbəkistan münasibətlərinin yeni məzmun
qazanmasına, əlaqələrin bütün istiqamətlər üzrə genişlənməsinə mühüm təkan verib.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin institusional və
hüquqi əsaslarını daha da möhkəmləndirib. 2024-cü ilin avqustunda Prezident İlham
Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat
Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, xüsusilə
“Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik
münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin gələcək inkişafı
üçün möhkəm hüquqi və siyasi baza yaradıb.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan
strateji tərəfdaşlığının mühüm institusional mexanizminə çevrilib. Şuranın Daşkənddə
və Bakıda keçirilən iclasları ölkələr arasında siyasi dialoqun ardıcıl xarakter daşıdığını
və əməkdaşlığın uzunmüddətli perspektivlərə hesablandığını nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-
ticari əməkdaşlıqdır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətli artımı
iqtisadi əlaqələrin inkişaf dinamikasını aydın göstərir. 2025-ci ildə ticarət dövriyyəsinin
əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin
yanvar-may aylarında isə 33 faiz artımla 144 milyon dollar təşkil etməsi iqtisadi
əməkdaşlığın geniş potensialından xəbər verir.
İnvestisiya sahəsində də mühüm layihələr həyata keçirilir. 500 milyon ABŞ dolları
ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkənin
iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsi və
həyata keçirilməsi baxımından mühüm platformadır. Eyni zamanda, Azərbaycanda
Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi
qarşılıqlı etimadın və əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan şirkətləri
də Özbəkistanda müxtəlif layihələr həyata keçirirlər. Daşkənddə “The Ritz-Carlton”
brendi altında hotel və yaşayış kompleksinin, həmçinin “Sea Breeze Uzbekistan”
turizm və yaşayış kompleksinin inşası iqtisadi tərəfdaşlığın perspektivlərini nümayiş
etdirən nümunələrdəndir.
Energetika və yaşıl enerji sahələrində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır.
SOCAR ilə Özbəkistanın enerji şirkətləri arasında həyata keçirilən birgə layihələr neft-
qaz sektorunda əməkdaşlığın genişləndirilməsinə xidmət edir. 2025-ci ildə
Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi”nin yaradılması
isə bərpaolunan enerjinin istehsalı və ixracı baxımından yeni imkanlar açır.
Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü ölkələrin
enerji potensialının birləşdirilməsi ilə yanaşı, Xəzər dənizi üzərindən Avropaya enerji
ixracının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sahəsi Azərbaycan–Özbəkistan əməkdaşlığının digər
mühüm istiqamətidir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada
mühüm geostrateji mövqeyə malikdir. Bu amil iki ölkəni Şərqlə Qərbi birləşdirən
marşrutlarda təbii tərəfdaşlara çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların
həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında
isə daha 12,2 faiz artımın qeydə alınması nəqliyyat əlaqələrinin getdikcə genişləndiyini
göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə
inteqrasiyası regionda yeni iqtisadi və tranzit imkanlarının formalaşmasına mühüm
töhfə verə bilər.
Azərbaycan–Özbəkistan münasibətlərinin güclənməsində mədəni-humanitar
əməkdaşlığın da xüsusi rolu vardır. Ortaq tarix və mədəniyyətə əsaslanan bu əlaqələr
xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və qardaşlığın daha da
möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı
mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi və təhsil layihələri iki
ölkənin humanitar gündəliyini zənginləşdirir.
Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına
orta məktəb və işğaldan azad edilmiş Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq
bağı” Azərbaycan xalqının yüksək qiymətləndirdiyi qardaşlıq nümunələridir. Eyni
zamanda, Bakının mərkəzində yaradılacaq “Özbəkistan” parkı iki xalqın dostluğunun
və qardaşlığının daha bir rəmzinə çevriləcək.
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər
Azərbaycan–Özbəkistan münasibətlərinin müasir mərhələsinin mahiyyətini aydın
şəkildə ortaya qoyur. Bu münasibətlər tarixi və mədəni yaxınlıqdan siyasi müttəfiqliyə,
iqtisadi tərəfdaşlıqdan regional əməkdaşlığa qədər geniş bir məzmun kəsb edir.
Azərbaycan və Özbəkistanın qarşılıqlı səyləri yalnız iki qardaş xalqın rifahına
deyil, Türk dünyasının birliyinin möhkəmləndirilməsinə, regionda sülhün, sabitliyin və
davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verir.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

