Laçın – Zəfərdən dirçəlişə, qayıdışdan gələcəyə
25.08.2026 [15:56]
Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Laçın bu gün
özünün yeni inkişaf və intibah dövrünü yaşayır. Əzəli və əbədi
Azərbaycan torpağı olan Laçın həm zəngin tarixi, füsunkar təbiəti, strateji
mövqeyi, həm də xalqımızın yaddaşında xüsusi yeri ilə seçilir. Bu gün 26
Avqust – Laçın Şəhəri Gününü qeyd edərkən keçmişin ağrılı xatirələri ilə
yanaşı, Böyük Qayıdışın yaratdığı sevincə, doğma torpaqlarda qurulan
yeni həyata və gələcəyə böyük inamla nəzər salırıq.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq
şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi
vahidi kimi təşkil edilməsi bu qədim yurdun tarixində mühüm
mərhələlərdən olmuşdur. 1835 kvadratkilometr əraziyə malik olan rayon
zəngin təbiəti, meşələri, yaylaqları, çayları və əlverişli coğrafi mövqeyi ilə
Azərbaycanın ən səfalı bölgələrindən biridir.
Lakin Laçının tarixində uzun illər davam edən işğal dövrü xalqımız üçün
ağır faciələrlə yadda qalmışdır. 1992-ci il mayın 18-də Laçın rayonunun
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində
rayonun dinc əhalisi doğma yurdlarından didərgin salınmış, yüzlərlə
insan həlak olmuş və itkin düşmüş, yaşayış məntəqələri, məktəblər,
səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələr dağıdılmışdır. İşğal
illərində Laçının təbii sərvətləri talan edilmiş, tarixi və coğrafi adları
dəyişdirilmiş, bölgənin demoqrafik tərkibinə qanunsuz müdaxilələr
edilmişdir.
Laçının işğalı təkcə bir rayonun itirilməsi deyildi. Bu hadisə Ermənistanla
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin
yaradılmasına və sonrakı işğalların genişlənməsinə imkan yaratmışdı.
Məhz buna görə Laçının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün
və tarixi ədalətin bərpası baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı.
Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər bu tarixi ədalətin
bərpasına yol açdı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana
təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus
kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının yeni tarixinin –
quruculuq, dirçəliş və Böyük Qayıdış dövrünün əsası qoyuldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
quruculuq layihələri Laçının simasını kökündən dəyişir. Dövlətimizin
başçısının qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir.
Bu gün Laçında ucaldılan müasir binalar, salınan küçələr, parklar,
yaradılan sosial və iqtisadi obyektlər həmin böyük quruculuq siyasətinin
əyani nümunəsidir.
26 Avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da xüsusi rəmzi
məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis
edilməsi xalqımızın Zəfər tarixinin yaşadılması baxımından mühüm
əhəmiyyət daşıyır.
Bu gün Laçında yalnız binalar və yollar tikilmir. Burada yeni həyat
qurulur. Şəhərin gələcək inkişafını müəyyənləşdirən Baş Plan əsasında
müasir yaşayış məhəllələri, məktəblər, məktəbəqədər təhsil
müəssisələri, xəstəxana, peşə məktəbi, mədəniyyət və turizm obyektləri
yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi əsasında planlaşdırılan
infrastruktur insanların gündəlik həyatını daha rahat və əlçatan etməyə
xidmət edir.
Xüsusilə məktəbəqədər təhsil müəssisələrinin yaradılması Böyük
Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir. Zabux və Sus
kəndlərində 50 yerlik uşaq bağçalarının inşa edilməsi, uşaqların müasir
və təhlükəsiz şəraitdə böyüməsi üçün imkanların yaradılması
dövlətimizin gələcək nəslə verdiyi yüksək dəyərin göstəricisidir.
Bir bağça rəhbəri kimi hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə
uşaq bağçalarının yaradılması sadəcə sosial infrastrukturun qurulması
deyil. Bu, həm də həyatın yenidən doğulması, ailələrin doğma
torpaqlarda məskunlaşması və uşaqların öz ata-baba yurdlarında
sağlam, təhlükəsiz və firavan böyüməsi deməkdir. Laçında yeni
məktəbəqədər təhsil müəssisələrinin yaradılması gələcəyə qoyulan ən
dəyərli investisiyalardan biridir. Çünki qurulan hər bir bağça, əslində,
azad torpaqlarda böyüyəcək yeni nəslin təməl ocağıdır.
Laçının inkişafı yalnız sosial layihələrlə məhdudlaşmır. Rayonun enerji
potensialının artırılması istiqamətində də mühüm işlər görülür. Yeni su
elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində Laçının elektrik
tələbatının yaşıl enerji hesabına qarşılanması Azərbaycanın işğaldan
azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” yaratmaq siyasətinin mühüm
göstəricilərindəndir.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin
qoyulması isə bölgənin gələcək inkişafı baxımından mühüm
layihələrdəndir. Layihənin reallaşması ilə geniş ərazilərin içməli su
təminatına mühüm töhfə veriləcək. Bu cür nəhəng layihələr Laçının
yalnız bu gününü deyil, qarşıdakı onilliklərini də nəzərə alan dövlət
siyasətinin göstəricisidir.
Rayonun nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Kəlbəcər-Laçın
avtomobil yolunun, tunel və körpülərin inşası, Laçın Beynəlxalq Hava
Limanının istifadəyə verilməsi bölgənin ölkənin digər əraziləri və dünya
ilə əlaqələrini daha da gücləndirir. Dəniz səviyyəsindən 1700 metr
yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı həm strateji, həm də
turizm baxımından bölgənin əhəmiyyətini artırır.
Laçının iqtisadi potensialının bərpası da diqqət mərkəzindədir. Aqro-
sənaye parkının yaradılması, mebel, tikiş və ayaqqabı fabriklərinin
fəaliyyətə başlaması, balıqçılıq, arıçılıq və heyvandarlığın inkişaf
etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına və rayonun iqtisadi
həyatının canlanmasına xidmət edir.
Bütün bu işlərin əsas məqsədlərindən biri isə Laçın sakinlərinin doğma
yurdlarına qayıdışını təmin etməkdir.
2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma şəhərlərinə və
kəndlərinə qayıdışı Böyük Qayıdış tariximizin ən qürurlu səhifələrindən
birinə çevrilib. 31 ildən sonra doğma evlərinə qayıdan insanların sevincini
sözlə ifadə etmək çətindir. Vaxtilə işğal səbəbindən uşaqlığını, gəncliyini
və doğma yurdunu itirən insanların bu gün öz torpaqlarında yeni həyat
qurması Zəfərin ən böyük mənəvi nəticələrindəndir.
Laçın artıq keçmişin yaralarını sağaldan deyil, gələcəyə doğru inamla
addımlayan şəhərdir. Burada yeni evlər, məktəblər, bağçalar, istehsal
müəssisələri, istirahət və turizm obyektləri yaradılır. Həkəri çayının
sahilində salınan bulvar, parklar, istirahət məkanları və digər layihələr
Laçının həm sakinləri, həm də ölkəmizə gələn qonaqlar üçün cəlbedici
bir məkana çevrilməsinə xidmət edir.
Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi də
şəhərin mədəni potensialının beynəlxalq səviyyədə tanınmasının
göstəricisidir. Bu status Laçının yalnız quruculuq və iqtisadi inkişaf
baxımından deyil, mədəniyyət, incəsənət və turizm baxımından da yeni
mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Bu gün Laçına baxarkən bir həqiqəti aydın görürük: Zəfər yalnız
torpaqların azad edilməsi ilə tamamlanmır. Zəfərin əsl mənası həmin
torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına
qayıtması, uşaqların gülüş səslərinin yenidən eşidilməsi ilə daha da
möhkəmlənir.
Laçının hər bir yeni tikilisi, hər bir məktəbi, hər bir uşaq bağçası, hər bir
yaşayış evi Böyük Qayıdışın canlı salnaməsidir. Burada böyüyəcək
uşaqlar işğalın ağrısını deyil, Zəfərin qürurunu və quruculuğun sevincini
yaşayacaqlar.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və
xalqımızı ürəkdən təbrik edir, doğma torpaqlarımızın əbədi firavanlığına,
Laçının gündən-günə daha da gözəlləşməsinə və burada böyüyən hər
bir uşağın işıqlı gələcəyinə inamımızı ifadə edirik.
Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır!
Səriyyə Əhmədova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 10 saylı körpələr evi - uşaq bağçasının müdiri.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26

