Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçın şəhərinin müasir siması

Laçın şəhərinin müasir siması

26.08.2026 [13:36]

YAP Ağdam rayon təşkilatının əməkdaşı

 Elmin Məmmədov

Bu gün biz dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinin- Laçın şəhərinin işğaldan azad olunmasının ildönümünün, yəni 26 avqust – Laçın Şəhəri Gününün qeyd olunması ərəfəsindəyik. Bu gün təkcə Laçın sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur, fəxarət və zəfər günüdür.

Məlum olduğu kimi, 1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Otuz ilə yaxın davam edən bu işğal illərində minlərlə laçınlı doğma torpağından didərgin düşdü, şəhər və kəndlərimiz dağıntılara məruz qaldı. Lakin xalqımız heç vaxt ümidini itirmədi, dövlətimizin qətiyyəti daim yaşadı.

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. Laçın rayonu 1 dekabr 2020-ci ildə nəzarətimizə qaytarıldı. Lakin strateji əhəmiyyətə malik Laçın şəhərinin nəzarəti yalnız 2022-ci il avqustun 26-da tam şəkildə bərpa olundu. Məhz həmin gün Azərbaycan əsgəri Laçına daxil oldu, üçrəngli bayrağımız şəhər üzərində ucaldıldı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin tarix rəsmi olaraq Laçın Şəhəri Günü elan edildi. Dövlət başçımız həmin gün tarixi bir müraciətində dedi:

“Bu gün biz Laçın şəhərinə qayıtdıq. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun"

Bu kəlam həm Zəfərin, həm də qarşıya qoyulan böyük hədəfin ifadəsi oldu.

Laçının azad olunmasından sonra burada böyük quruculuq işlərinə start verildi. Yollar, körpülər, enerji xətləri, sosial infrastruktur yenidən quruldu. 2023-cü ilin may ayında ilk köçkün ailələri doğma yurdlarına qayıtdılar.

2023-cü ilin avqustunda “Laçın Aqrar-Sənaye Parkı” istifadəyə verildi, bu, bölgənin iqtisadi inkişafı üçün mühüm bir mərhələdir. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanı açıldı. Bu layihələr bir daha sübut edir ki, Prezidentimizin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” bəyanatı real işlərə çevrilir.

Böyük Qayıdış proqramı çərçivəsində Laçın və digər azad edilmiş ərazilərdə müasir yaşayış kompleksləri inşa olunur, kənd təsərrüfatı və sənaye sahələri dirçəldilir, əhalinin təhlükəsiz və rahat şəkildə məskunlaşması üçün bütün şərait yaradılır.

26 avqust — Laçın Şəhəri Günü — xalqımızın gücünün, dövlətimizin qüdrətinin, Ordumuzun şücaətinin və Prezidentimizin müdrik siyasətinin bariz göstəricisidir.

Bu gün biz bir daha əminliklə deyirik ki, Laçın, Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın ayrılmaz hissəsi deyil, həm də bölgənin ən inkişaf etmiş, ən abad və ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31