Azərbaycan və Özbəkistanın birləşən potensialı
26.08.2026 [13:58]
Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatla etdiyi çıxış Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsini xarakterizə edən mühüm siyasi mesajlarla yadda qaldı. Bu bəyanatın diqqətçəkən cəhəti iki ölkə arasında münasibətlərin yalnız əldə edilmiş nəticələrini deyil, qarşıdakı dövrün strateji hədəflərini də aydın şəkildə müəyyənləşdirməsidir. Başqa sözlə, Bakı ilə Daşkənd arasında münasibətlər uğurlu keçmişin nəticələrini qorumaqla yanaşı, gələcəyin daha böyük əməkdaşlıq imkanlarını reallaşdırmaq mərhələsinə qədəm qoyub.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin sürətli inkişafında dövlət başçılarının siyasi iradəsi həlledici rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad iki ölkənin əməkdaşlığının bütün istiqamətlərinə müsbət təsir göstərir. Bu siyasi etimadın nəticəsində qəbul edilən qərarlar qısa müddətdə konkret layihələrə çevrilir, ikitərəfli münasibətlərin hüquqi bazası genişlənir və yeni əməkdaşlıq mexanizmləri yaradılır.
Ali Dövlətlərarası Şuranın fəaliyyətə başlaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şuranın növbəti iclaslarının keçirilməsi Azərbaycan və Özbəkistanın münasibətlərin institusional inkişafına verdiyi dəyərin göstəricisidir. Belə bir mexanizm iki ölkənin qarşısında duran məsələlərin sistemli şəkildə müzakirəsinə, əldə olunan razılaşmaların icrasına nəzarət edilməsinə və yeni təşəbbüslərin müəyyənləşdirilməsinə imkan yaratmışdır.
Daşkənddə imzalanan çoxsaylı sənədlər də əməkdaşlığın geniş miqyasını nümayiş etdirir. İqtisadiyyat və investisiyadan tutmuş turizmə, mədəniyyətə, sosial məsələlərə və şəhərlərarası əlaqələrə qədər müxtəlif sahələri əhatə edən razılaşmalar münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir. Xüsusilə iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması məqsədi iqtisadi gündəliyin konkret hədəflər üzərində qurulduğunu təsdiqləyir.
Bu hədəfin reallaşdırılması üçün böyük potensial mövcuddur. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri, geniş istehsal imkanları, artan biznes fəallığı və əlverişli investisiya mühiti qarşılıqlı ticarətin daha da genişləndirilməsinə imkan verir. Əsas məsələ mövcud potensialın tam şəkildə səfərbər edilməsidir. Bu baxımdan hökumətlərarası əlaqələrlə yanaşı, sahibkarlar arasında birbaşa münasibətlərin inkişaf etdirilməsi də xüsusi önəm kəsb edir.
Azərbaycan-Özbəkistan əməkdaşlığının gələcək perspektivlərini müəyyənləşdirən əsas istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Xəzər hövzəsində mühüm nəqliyyat qovşağına çevrilməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi iki ölkəni regional tranzit imkanlarının inkişafında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin genişləndirilməsi bu baxımdan strateji xarakter daşıyır. Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə Qərb istiqamətində daşımaların artması hər iki dövlət üçün yeni iqtisadi horizontlar açır.
Beləliklə, Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyi üçün nikbin və reallığa söykənən mənzərə yaradır. Qarşıda böyük imkanlar, konkret hədəflər və onları reallaşdırmaq üçün möhkəm siyasi iradə var. Bakı ilə Daşkəndin əməkdaşlığı genişləndikcə onun müsbət nəticələri yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafında daha aydın hiss olunacaq.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37

