Xankəndi Xocalı Xocavənd və Ağdərədə Yeni Həyat
16.09.2026 [22:12]
Bəzən bir tarix bütöv bir xalqın yaşadığı uzun və mürəkkəb yolun nəticəsini özündə əks etdirir. 20 Sentyabr da Azərbaycan üçün məhz belə tarixlərdəndir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin həyatında yeni dövrün başlanmasını, Qarabağda sabitliyin və quruculuğun yeni mərhələyə qədəm qoymasını ifadə edir. Eyni zamanda, bu tarix Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam təmin etməsi ilə bağlı mühüm tarixi hadisə kimi yadda qalıb.
Azərbaycan xalqı uzun illər ərzində işğal altında qalan torpaqlarının azad olunacağına inanıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu inamı reallığa çevirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Bununla da Qarabağın gələcəyi ilə bağlı yeni tarixi mərhələnin əsası qoyuldu.
Bu mərhələnin əsas istiqamətlərindən biri azad edilmiş ərazilərin yenidən qurulması və insanların doğma yurdlarına qaytarılmasıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Yeni yaşayış kompleksləri salınır, yollar və kommunikasiya xətləri çəkilir, məktəblər, tibb müəssisələri və digər sosial obyektlər istifadəyə verilir. Bir vaxtlar dağıntılar içərisində olan yaşayış məntəqələri tədricən müasir və rahat şəhər və kəndlərə çevrilir.
İşğaldan azad edilmiş ərazilərin uğurla məskunlaşdırılması Böyük Qayıdış prosesinin əsas göstəricilərindən biridir. İllərlə doğma torpaqlarından uzaqda yaşayan keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması böyük mənəvi əhəmiyyət daşıyır. Artıq müxtəlif şəhər və kəndlərdə insanların məskunlaşması, uşaqların məktəblərə getməsi, yeni iş yerlərinin yaradılması həmin ərazilərdə həyatın tədricən öz axarına qayıtdığını göstərir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də bərpa və inkişaf istiqamətində mühüm işlər həyata keçirilir. Bu şəhərlərin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də həmin ərazilərin sosial, iqtisadi və mədəni həyatının canlandırılması deməkdir. Məqsəd insanların öz doğma şəhərlərində təhlükəsiz, rahat və layiqli həyat şəraitinə qovuşmasını təmin etməkdir.
20 Sentyabrın yaddaşımızda xüsusi yer tutmasının digər mühüm səbəbi isə bu tarixi Zəfərin əldə olunmasında canından keçmiş şəhidlərimizin və qəhrəman hərbçilərimizin xidmətidir. Onların fədakarlığı nəticəsində bu gün Azərbaycan bayrağı öz tarixi torpaqlarımızda dalğalanır, vaxtilə həsrətlə xatırlanan şəhər və kəndlərimizdə yeni həyat qurulur.
Bu əlamətdar gün Azərbaycanın keçdiyi Zəfər yolunu, dövlət suverenliyini və Böyük Qayıdışın yaratdığı yeni reallıqları özündə birləşdirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yenidən qurulması, işğaldan azad edilmiş ərazilərin uğurla məskunlaşdırılması və burada davamlı həyatın formalaşdırılması Azərbaycanın gələcəyə inamla addımladığını göstərən mühüm nümunələrdəndir.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46

