Zəfərdən Böyük Qayıdışa
18.09.2026 [14:51]
Azərbaycanda 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını əks etdirən mühüm tarixi hadisələrin rəmzidir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi Qarabağda yeni mərhələnin başlanğıcını qoydu. Həmin Zəfərdən sonra bölgədə həm dövlət idarəçiliyi, həm də genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir.
20 Sentyabrın əhəmiyyətini daha da artıran tarixi məqamlardan biri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldatmasıdır. Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızın ucaldılması zamanı Prezident İlham Əliyev bu günün tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısının həmin gün bu şəhərlərdə Azərbaycan bayrağını dalğalandırması xalqımızın 30 ildən artıq davam edən həsrətinə son qoyan, milli qürur hissini daha da gücləndirən tarixi hadisə kimi yadda qalıb.
Bu gün Prezident İlham Əliyevin Qarabağa səfərləri həmin Zəfərin necə böyük quruculuq prosesinə çevrildiyini aydın göstərir. Dövlət başçısı mütəmadi olaraq Xankəndi, Xocalı və digər ərazilərə səfərlər edir, burada görülən işlərlə yerində tanış olur, yeni obyektlərin açılışında iştirak edir, sakinlərlə görüşür və onların yaşayış şəraiti ilə maraqlanır. Təkcə 2025-ci ilin dekabrında Xankəndinin Kərkicahan qəsəbəsində sakinlərlə görüş keçirilib, məktəb əsaslı təmirdən sonra istifadəyə verilib, Qarabağ Universitetinin yeni binasının təməli qoyulub, Biznes və iqtisadiyyat fakültəsinin binası və elektrik yarımstansiyası istifadəyə verilib, Zəfər Parkının açılışı olub. 2026-cı ilin mayında isə Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzi və yeni istehsal müəssisəsi istifadəyə verilib.
Böyük Qayıdış prosesinin nəticələri artıq əhalinin doğma yurdlarına qayıdışında da özünü göstərir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Bu rəqəmlər illərlə doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışının real nəticələrini göstərir. Xocalıda da qayıdış prosesi davam edir; keçmiş məcburi köçkünlərin şəhərə qayıdışı 2024-cü il mayın 28-dən başlayıb.
Qarabağın inzibati və sosial-iqtisadi inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Ağdərə rayonunun yaradılmasıdır. 2023-cü il dekabrın 27-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu yaradılıb. Bu qərar ərazidə idarəetmənin və gələcək inkişaf proseslərinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yeni inkişaf dövrünü yaşayır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, sosial və mədəniyyət obyektləri yaradılır, yeni yaşayış məhəllələri salınır. Prezident İlham Əliyevin hər bir səfəri zamanı həyata keçirilən layihələrlə tanış olması, yeni obyektlərin açılışında iştirakı və sakinlərlə görüşməsi bu prosesin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu göstərir. Xankəndidə 2026-cı ilin mayında Mədəniyyət Mərkəzinin açılışı və Xocalıda yeni müəssisələrin istifadəyə verilməsi də bu quruculuğun davamlı xarakter daşıdığını nümayiş etdirir.
20 Sentyabr bu baxımdan yalnız tarixi hadisələrin xatırlandığı bir gün deyil. Bu tarix Azərbaycanın Zəfərinin, dövlət suverenliyinin və Böyük Qayıdışın bir arada təcəssüm etdiyi əlamətdar gündür. Bu gün həmin ərazilərdə dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, xalqımızın milli iradəsinin və Azərbaycanın əbədi suverenliyinin rəmzidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq Zəfərimizin tarixi ünvanları olmaqla yanaşı, sürətli quruculuğun, yeni həyatın və gələcəyə inamın məkanlarına çevrilir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

