Milli varlığımızın və sarsılmaz dövlətçiliyimizin təntənəsi
18.09.2026 [14:58]
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 30 ildən çox davam edən işğal dövründə xalqımız böyük sınaqlardan keçsə də, ədalətin bərpa olunacağına inamını bir an belə itirmədi. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş möhtəşəm Zəfər torpaqlarımızın azad olunmasının və suverenliyimizin tam bərpasının möhkəm təməlini qoydu.
Bütöv və suveren dövlət kimi mövcudluğumuzun təmin edilməsi yolunda atılan ən strateji addımlardan biri Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu mühüm addım sərhədlərimizin təhlükəsizliyini tam nəzarətə almaqla yanaşı, separatçılığın qarşısının alınmasında həlledici rol oynadı. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" formulunun tam təsdiqi isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən uğurlu lokal antiterror əməliyyatı ilə gerçəkləşdi. Bir gündən az davam edən bu əməliyyat nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və ölkəmiz öz gücünü bir daha dünyaya göstərdi.
Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla 20 Sentyabrın “Dövlət Suverenliyi Günü” kimi təsis edilməsi bu tarixi zəfərin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi, məhz bu tarixdə qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edərək tariximizə qızıl hərflərlə yazılan yeni bir era başlattı. Tarixi zəfərlərimizin və hüquqi dövlət quruculuğumuzun məntiqi davamı olaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu dəyərlərin milli dövlətçilik şüurumuzda neçə dərin kök saldığını bir daha nümayiş etdirdi.
Tarixi ədalətin təntənəsi və milli qürurumuzun rəmzi olan bu əlamətdar gün cəmiyyətin bütün sahələrində, eləcə də paytaxtın infrastrukturunda öz əksini tapır. Bakı Metropoliteninin yeni inşa olunan stansiyasına “20 Sentyabr” adının verilməsi bu şanlı tarixin xalqımızın gündəlik həyatında və yaddaşında əbədi yaşayacağının bariz nümunəsidir. Müstəqil, güclü və suveren Azərbaycan bu gün öz gələcəyinə daha inamla addımlayır, azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqi dövrünü yaşayır.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

