Daşkəsən rayonunda 20 Sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub
18.09.2026 [23:46]
Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov geniş məruzə ilə çıxış edib. Orxan Abbasov çıxışında 20 Sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu əlamətdar gün münasibətilə toplantı iştirakçılarını və rayon ictimaiyyətini təbrik edib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi proseslərdən bəhs olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Bu tarixi nailiyyət Azərbaycan xalqının milli birliyinin, dövlətə və dövlətçilik ideyalarına sədaqətinin, həmçinin şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığı hesabına əldə olunub. Orxan Abbasov onu da bildirib ki, Prezident cənab İlham Əliyevin idarəetməsi ilə Azərbaycan bu gün yalnız öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi deyil, həm də azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri reallaşdıran ölkə kimi inkişaf edir. Qarşıya qoyulan əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, həmin ərazilərə həyatın qayıtmasının təmin edilməsi və ölkənin bütün bölgələrinin kompleks inkişafının davam etdirilməsidir.
Toplantının sonunda Bakı Media Mərkəzinin istehsalı olan “İlham” sənədli filmi nümayiş etdirilib. Filmdə Prezident cənab İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm hadisələr, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə həyata keçirilən tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri əks olunub.
Sənədli filmin nümayişi toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyətini bir daha vurğulamaqla başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

