/ / 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü milli qudurətimizi və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar tarixlərdən biridir
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü milli qudurətimizi və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar tarixlərdən biridir
21.09.2026 [13:03]
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir dövlətçilik salnaməsində müstəsna yer tutan, milli qudurətimizi və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. Məhz buna görə 20 sentyabrın Dövlət Suverenliyi Günü, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması xüsusi məna daşıyır. Bu gün həmin şəhərlərin adı Azərbaycan tarixinin ağrılı səhifələrindən daha çox, qayıdışın, dirçəlişin və quruculuğun ünvanı kimi səslənir. Bir vaxtlar həsrət və nisgil ifadə edən bu adlar indi yenidən qurulan küçələr, ucaldılan binalar, açılan məktəblər, yaradılan yeni sosial və iqtisadi imkanlarla Azərbaycanın gələcəyinə bağlanır. Bu tarixi prosesdə Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri, burada Azərbaycan Bayrağını ucaltması, həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olması və sakinlərlə görüşləri Qarabağda yeni həyatın qurulmasının mühüm səhifələrini təşkil edir.
20 sentyabr həm keçmişə ehtiramla baxdığımız, həm də gələcəyə inamla addımladığımız gündür. Bu tarix suverenliyin yalnız bir anlayış deyil, xalqın dövlətçilik iradəsinin və milli birliyinin ifadəsi olduğunu göstərir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin istifadəyə verilməsi, yolların və digər kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm layihələr icra olunur. Qarabağın yenidən dirçəldilməsi Azərbaycanın iqtisadi və sosial inkişafının mühüm istiqamətlərindən biridir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə baxarkən yalnız keçmişin izlərini deyil, Azərbaycanın gələcəyinin mənzərəsini də görmək mümkündür. Dağıntıların yerində qurulan yeni binalar, salınan yollar, yaradılan sosial obyektlər və doğma torpaqlarına qayıdan insanlar Qarabağda yeni həyatın artıq reallığa çevrildiyini göstərir. Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri və burada həyata keçirilən layihələrlə yerində tanış olması dövlətin Qarabağın bərpasına və Böyük Qayıdış prosesinə verdiyi əhəmiyyətin göstəricilərindən biridir.
Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə görülən işlər təkcə şəhərlərin fiziki simasının yenilənməsi deyil, həm də tarixi yaddaşın, milli-mədəni irsin və həyatın yenidən canlandırılması prosesidir. 20 sentyabr bizə bir daha xatırladır ki, dövlətçilik tarixində qazanılan nailiyyətlər gələcək nəsillər üçün böyük məsuliyyət yaradır. Suveren Azərbaycanın ərazisində dalğalanan üçrəngli bayrağımız, doğma yurdlarına qayıdan insanların sevinc dolu simaları və Qarabağda ucalan yeni şəhərlər bu tarixi yolun davam etdiyini göstərir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq Azərbaycanın yalnız tarixi yaddaşında deyil, bu günündə və sabahındadır. Azad Qarabağda dalğalanan üçrəngli bayrağımızın kölgəsində bu şəhərlər əbədi olaraq yaşayacaq və inkişaf edəcəkdir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19

