Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Сənubi Qafqazın aparıcı siyasi partiyasıdır

Yeni Azərbaycan Partiyası Сənubi Qafqazın aparıcı siyasi partiyasıdır

05.10.2026 [16:31]

 

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı və mərkəzi rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən olduqca şərəfli və məsuliyyətli yol qət edərək xalqın partiyasına çevrilib. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının mühüm tarixi əhəmiyyəti var. Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Yeni Azərbaycan Partiyası tarixi Zəfərlər partiyasıdır. Vətən müharibəsində qazandığığımız tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın VII Qurultayı həm təşkilatın, həm də ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdu. Bu qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonrakı dövrə təsadüf etdiyi üçün ölkədə yaranmış yeni reallıqlar fonunda siyasi sistemin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Qurultayda qəbul olunmuş qərarlar ölkədəki “iqtidar-xalq” modelini möhkəmləndirmiş və milli həmrəyliyin inkişafına güclü təkan vermişdir. Digər siyasi partiyaların YAP-a qoşulması barədə qərarlar da bu həmrəyliyin bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP hər zaman fəaliyyətini uğurla davam etdirib. Bunun nəticəsində də xalqımız çox böyük uğurlar əldə edib, keyfiyyətcə və inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında bildirib ki, ilk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII Qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

 Xalqımız bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil, suveren Azərbaycanı inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. Azərbaycanın Liderinin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ölkənin gələcək inkişafı üçün mühüm bir təməl formalaşdırmışdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bundan sonra da Azərbaycanı inamla yeni Zəfərlərə doğru aparacaq.

Nəbi Hacıyev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31