Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi

Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi

05.10.2026 [17:44]

Vətən Müharibəsi Şəhidi Həsənov Faiq Hüseyn oğlunun və Şəhid Abdullayev İbrahim Habil oğlunun şəhadət günündə əziz xatirəsi yad edildi.

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımız ın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq mühafizə orqanlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Həsənov Faiq Hüseyn oğlunun və Şəhid Abdullayev İbrahim Habil oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31