YAP-ın VIII Qurultayı: milli ideologiya və dövlətçilik düşüncəsinin yeni mərhələsi
07.10.2026 [12:16]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə keçirilən mühüm siyasi hadisə olmaqla yanaşı, həm də ölkənin qarşıdakı inkişafında ideoloji prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi göstərdi ki, yeni mərhələdə dövlətin gücünün qorunması yalnız iqtisadi, hərbi və siyasi imkanlarla məhdudlaşmır. Bu gücün əsas dayaqlarından biri də sağlam milli ideologiya, dövlətçilik düşüncəsi və vətənpərvər cəmiyyətin formalaşdırılmasıdır. Qurultayın ideoloji xəttinin başlıca istiqaməti milli dövlətçilik şüurunun möhkəmləndirilməsi kimi xarakterizə oluna bilər. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinə xüsusi yer ayrılması təsadüfi deyil. Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlardan keçdiyi 1990-cı illərin əvvəllərində ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması, məhz belə bir tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müasir dövlətçilik tariximizin mühüm mərhələsi kimi təqdim edildi. Bu tarix sadəcə keçmişin xatırlanması deyil. Burada əsas məqsəd gənc nəslə dövlətçiliyin necə böyük sınaqlardan keçərək qorunduğunu anlatmaq, müstəqilliyin və sabitliyin dəyərini aşılamaqdır. Çünki dövlətçilik yaddaşı olmayan cəmiyyətin gələcək təhlükələr qarşısında dayanıqlılığı da zəifləyə bilər. Buna görə də YAP-ın VIII Qurultayında tarixi yaddaş ideoloji siyasətin mühüm dayaqlarından biri kimi önə çıxır.
Qurultayın ideoloji xəttində diqqəti cəlb edən əsas məsələlərdən biri siyasi varislik və dövlətçilik ənənələrinin davamlılığıdır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dəyişməz olaraq qaldığını vurğulamaqla Azərbaycanın müasir inkişaf modelinin əsas prinsiplərini bir daha müəyyənləşdirdi:
Bu yanaşma göstərir ki, YAP üçün ideologiya yalnız şüar və siyasi çağırışlar toplusu deyil. O, dövlətin gələcək inkişaf istiqamətlərini müəyyən edən dünyagörüşü və siyasi düşüncə sistemidir.
Bu baxımdan Heydər Əliyev siyasi irsi ilə İlham Əliyevin müasir dövlətçilik siyasəti arasında varislik qurultayın ideoloji məzmununun əsas xəttlərindən biridir. Bir tərəfdən milli dövlətçilik ənənələri qorunur, digər tərəfdən isə dəyişən dünya reallıqlarına uyğun yeni yanaşmalar formalaşdırılır. Qurultayda səslənən ən mühüm ideoloji mesajlardan biri ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olmasıdır. Müasir dünyada dövlətlərə qarşı təhdidlər artıq yalnız hərbi vasitələrlə həyata keçirilmir. İnformasiya müharibələri, sosial şəbəkələr, kiberhücumlar, dezinformasiya, saxta xəbərlər və müxtəlif ideoloji təsir mexanizmləri cəmiyyətlərin düşüncəsinə təsir göstərmək imkanına malikdir. Prezident İlham Əliyev də məhz bu reallığa diqqət çəkərək ideoloji risklərin sərhəd tanımadığını vurğulayıb.
Bu, VIII Qurultayın ideoloji xəttinə yeni məzmun gətirir: dövlət sərhədlərini qorumaqla yanaşı, milli informasiya və ideoloji məkanı da qorumaq lazımdır. Burada söhbət cəmiyyətin dünyadan təcrid olunmasından getmir. Əksinə, müasir informasiya dövründə vətəndaşın müxtəlif məlumatları təhlil edə bilməsi, həqiqəti yalandan ayırması, milli maraqları düzgün qiymətləndirməsi və xarici təsirlərə tənqidi yanaşması əsas vəzifələrdən birinə çevrilir.
Prezident İlham Əliyevin nitqində ideoloji təxribatlara qarşı mübarizədə təhsilə xüsusi əhəmiyyət verilməsi qurultayın ən mühüm ideoloji mesajlarından biridir. Çünki savadlı, dünyagörüşlü və analitik düşüncəyə malik insan müxtəlif manipulyasiyalara daha az həssas olur. Rəsmi çıxışda da xalqın təhsilli, bilikli və savadlı olmasının yalanlara, şayiələrə və ideoloji təxribatlara qarşı dayanıqlılığı artırdığı vurğulanıb. Bu baxımdan müasir ideoloji siyasətin məqsədi yalnız müəyyən siyasi fikirləri cəmiyyətə çatdırmaq deyil. Əsas məqsəd düşünən, araşdıran, müqayisə edən, milli maraqları dərk edən və informasiya qarşısında məsuliyyətli mövqe nümayiş etdirən vətəndaş yetişdirməkdir.
Qurultayın ideoloji gündəliyində ikinci əsas istiqamət vətənpərvərlikdir. Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası milli qürur hissini daha da gücləndirib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın öz gücünə, xalqın iradəsinə və Ordunun qüdrətinə əsaslanaraq tarixi Qələbə qazanması xüsusi vurğulanıb. Lakin Zəfər yalnız hərbi tariximizin səhifəsi kimi qəbul edilmir. O, həm də gənc nəslin milli kimliyinin və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm ideoloji amildir.
Bu baxımdan şəhidlərin xatirəsinin yaşadılması, Zəfər tarixinin gənclərə düzgün çatdırılması, Vətən müharibəsi qəhrəmanlarının nümunəsinin təbliği mühüm əhəmiyyət daşıyır. Gənc nəsil bilməlidir ki, Azərbaycanın bugünkü müstəqilliyi və ərazi bütövlüyü böyük fədakarlıqlar hesabına əldə olunub. Vətənpərvərlik bu mənada yalnız Vətəni sevmək hissi deyil. Vətənpərvərlik dövlətə məsuliyyətli münasibət, qanunlara hörmət, milli maraqların qorunması, cəmiyyətə faydalı olmaq və ölkənin inkişafına töhfə vermək düşüncəsidir.
VIII Qurultayın ideoloji xəttində gənclər məsələsinin xüsusi çəkisi məhz bundan irəli gəlir. Azərbaycanın gələcəyi gənclərin hansı dəyərlərlə böyüməsindən, hansı dünyagörüşünə malik olmasından və dövlətçilik məsələlərinə necə yanaşmasından asılıdır. Bu səbəbdən gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı, müasir dünyagörüşlü və dövlətçilik düşüncəsinə malik vətəndaşlar kimi yetişdirilməsi mühüm strateji məsələdir.
Gənclər həm milli köklərini bilməli, həm də müasir dünyanın çağırışlarını anlamalıdır. Azərbaycançılıq düşüncəsi də məhz bu iki istiqaməti – milli kimliyin qorunmasını və müasir dünyanın imkanlarından səmərəli istifadəni birləşdirən ideoloji yanaşma kimi çıxış edir.
Qurultayın ideoloji məzmununun digər mühüm komponenti milli-mənəvi dəyərlərin qorunmasıdır. Dövlətçilik, milli birlik, vətənpərvərlik, ailə dəyərləri, ana dilinə, milli tarixə və mədəni irsə bağlılıq cəmiyyətin mənəvi bütövlüyünün əsasını təşkil edir.
Azərbaycançılıq ideologiyasının gücü də burada özünü göstərir: müxtəlif siyasi və sosial baxışlara malik insanları bir dövlət və milli kimlik ətrafında birləşdirən ümumi dəyər sisteminin formalaşdırılması. Bu ideoloji yanaşma milli həmrəyliyin qorunmasını da zəruri edir. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin mühüm amillərindən biri xalqın vahid mövqeyi və dövlət ətrafında birliyidir. Bu birlik yalnız müharibə dövründə deyil, sülh və quruculuq mərhələsində də qorunmalıdır.
VIII Qurultayın ideoloji xəttində Zəfər yaddaşının qorunması ayrıca əhəmiyyət daşıyır. Azərbaycan artıq qalib dövlət kimi yeni mərhələyə qədəm qoyub. Buna görə də Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə çatdırmaq milli ideoloji siyasətin mühüm istiqamətlərindən biridir.
8 Noyabrın Zəfər Günü kimi əbədi yaddaşımızda qalması, şəhidlərin xatirəsinin daim uca tutulması və Qarabağın azadlığı uğrunda aparılmış mübarizənin tariximizin mühüm hissəsi kimi öyrənilməsi milli yaddaşın qorunmasına xidmət edir. Prezident İlham Əliyev də çıxışında 8 Noyabrı Azərbaycanın əbədi bayramı kimi xarakterizə edib. Bu yaddaşın məqsədi yalnız keçmişi xatırlamaq deyil. Məqsəd həm də gələcək nəsillərə müstəqilliyin, dövlətçiliyin və milli birliyin hansı dəyərə malik olduğunu anlatmaqdır. VIII Qurultaydan irəli gələn mühüm nəticələrdən biri budur ki, Azərbaycanın yeni mərhələdə inkişafı üçün iqtisadi və hərbi güclə yanaşı, ideoloji dayanıqlıq da zəruridir.
Güclü dövlət yalnız güclü ordu və iqtisadiyyat demək deyil. Güclü dövlət həm də öz milli kimliyini qoruyan, dövlətçilik düşüncəsi formalaşmış, milli maraqlar ətrafında birləşmiş və xarici ideoloji təsirlərə qarşı immuniteti olan cəmiyyət deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı YAP qarşısında yeni ideoloji vəzifələr müəyyənləşdirir: gənclərlə işi gücləndirmək, təhsilə və maarifləndirməyə xüsusi diqqət yetirmək, milli-mənəvi dəyərləri qorumaq, Zəfər tarixini yaşatmaq, dövlətçilik düşüncəsini möhkəmləndirmək və informasiya məkanında milli maraqları müdafiə etmək. Bu istiqamətlər qurultayın siyasi mesajlarının mühüm hissəsini təşkil edir. Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ideoloji xəttini bir neçə əsas anlayışla ifadə etmək mümkündür: dövlətçilik, milli birlik, azərbaycançılıq, milli-mənəvi dəyərlər, ideoloji təhlükəsizlik, təhsil, vətənpərvərlik, Zəfər yaddaşı və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi.
Qurultayın əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər yalnız qorunmalı deyil, həm də onun mənəvi-siyasi nəticələri gələcək nəsillərin dünyagörüşünə çevrilməlidir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdış, iqtisadi və hərbi gücün artırılması yeni mərhələnin maddi əsaslarını formalaşdırır. Lakin bu inkişafın davamlı olması üçün onun mənəvi və ideoloji dayaqları da möhkəm olmalıdır.
Məhz buna görə YAP-ın VIII Qurultayında ideoloji xəttin əsas mahiyyəti qalib Azərbaycanın qalib ruhunun qorunması və gələcək nəsillərə ötürülməsi kimi qiymətləndirilə bilər. Təhsilli, vətənpərvər, milli dəyərlərinə bağlı, müasir dünyagörüşlü və dövlətçilik şüuru yüksək olan gənc nəsil Azərbaycanın gələcək qüdrətinin ən mühüm təminatlarından biridir.
Bu mənada VIII Qurultay yalnız görülmüş işlərin hesabatı deyil, həm də Azərbaycanın yeni tarixi mərhələsində milli ideoloji siyasətin istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platformadır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39

