Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağcabədidə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

Ağcabədidə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

07.10.2026 [15:39]

Oktyabr ayının 6-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirib.

Müşavirə iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyaraq  Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Müşavirədə millət vəkili Tahir Rzayev, Ərazi Partiya təşkilatı sədrləri, partiya veteranları və fəalları və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Müşavirədə Ümummilli Lider Heydər Əliyevin, vəfat etmiş partiya üzvlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Müşavirəni giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının  Azərbaycanın müasir siyasi həyatında mühüm mərhələni əks etdirən hadisələrdən olduğunu qeyd edərək, Qurultayda Ağcabədi rayon təşkilatının 20 nəfər partiya üzvü ilə təmsil edildiyini  bildirdi.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı məruzə edərək Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Qurultaydakı nitqində yer alan əsas müddəaları müşavirə iştirakçılarının diqqətinə  çatdırdı.

Natiq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın yaratdığı yeni reallıqların siyasi və təşkilati baxımdan dəyərləndirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıdakı dövr üçün yeni vəzifələrin qarşıya qoyulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Millət vəkili Tahir Rzayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əsas mahiyyətini dövlət müstəqilliyinin və suverenliyin qorunması, milli maraqların təmin edilməsi, iqtisadi və hərbi gücün artırılması, ideoloji və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi və Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi təşkil edir. 

Məruzə ətrafında çıxış edənlər, Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin sədri Mehti Əhmədov, Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi, Şəhid anası Xanım Mehtiyeva, Ağcabədi şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Qurultay nümayəndəsi Fəridə Allahverdiyeva və Qərbi Azərbaycan icmasının Ağcabədi rayonu üzrə nümayəndəsi, Qurultay nümayəndəsi Radə Qafarova  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən ayrı-ayrı tezislər barədə fikirlərini ifadə edərək bu çıxışın Azərbaycanın Zəfərdən sonrakı yeni tarixi mərhələsininin əsas xüsusiyyətlərini və qarşıda duran strateji vəzifələri əks etdirdiyini bildirdilər.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31