Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qarşılıqlı Dəstəyə Əsaslanan Yeni Tərəfdaşlıq Mərhələsi

Qarşılıqlı Dəstəyə Əsaslanan Yeni Tərəfdaşlıq Mərhələsi

15.10.2026 [16:58]

Müasir beynəlxalq münasibətlər sistemində suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsiplərinə sadiqlik nümayiş etdirən dövlətlərin həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasında dostluq münasibətlərinin yeni keyfiyyət müstəvisinə yüksəldiyini aydın şəkildə nümayiş etdirdi.

Dövlətimizin başçısı öz bəyanatında Bakı ilə Pnompen arasında beynəlxalq platformalarda mövcud olan sıx əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərəti (AQEM) çərçivəsində hər zaman qarşılıqlı etimada və prinsipiallığa söykənən ortaq mövqe nümayiş etdirirlər. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də qlobal müstəvidə ədalətli və sabit beynəlxalq nizamın qorunmasına töhfə verir.

Görüş zamanı diqqət yetirilən mühüm məsələlərdən biri də hər iki ölkənin üzləşdiyi tarixi sınaqlar və post-münaqişə dövrünün çağırışları olmuşdur. İşğaldan təmizlənmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və “Böyük Qayıdış” proqramının icrası fonunda, oxşar təcrübəyə malik olan Kamboca ilə minatəmizləmə və ərazilərin bərpası sahəsində təcrübə mübadiləsinin aparılması böyük əhəmiyyət daşıyır. Tərəflər sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, səfər çərçivəsində iqtisadi-ticarət əlaqələrinin, investisiya qoyuluşunun, logistika və kənd təsərrüfatı sahələrində işbirliyinin genişləndirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Rəqəmsal texnologiyalar, turizm və humanitar sahələrdə layihələrin reallaşdırılması iki ölkə xalqları arasında dostluq körpülərini daha da möhkəmləndirəcəkdir.

Kambocanın Baş naziri Hun Manetin ölkəmizə səfəri və Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın uğurlu xarici siyasət kursunun, müxtəlif region dövlətləri ilə qurduğu çoxşaxəli və səmərəli tərəfdaşlıq modelinin növbəti bariz təzahürüdür.

Nəriman Məmmədli

YAP Şahbuz rayon təşkilatının fəal üzvü

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31