Binəqədi rayonunda “Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirilib
10.06.2014 [09:11]
Binəqədi rayonunda “Müasir dünyada qadının statusu” mövzusunda tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında keçirilən tədbirdən əvvəl iştirakçılar foyedə “Azərbaycan qadını dünəndən bu günə” fotosərgisinə baxıblar.
Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qadının cəmiyyətdəki rolundan danışıb. O, Azərbaycanın qadınların cəmiyyətdə roluna ən çox dəyər verilən ölkə olduğunu bildirib.
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova müasir dünyada istər ailə, istər cəmiyyət, istərsə də dövlət səviyyəsində qadına verilən dəyər, onun statusu baxımından Azərbaycanın dünyanın qabaqcıl ölkələrə belə nümunə ola biləcəyini deyib.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi missiyanın yerinə yetirilməsində kişilərlə yanaşı, qadınların iştirakını da mühüm hadisə kimi xarakterizə edib və bunun üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva müasir Azərbaycan cəmiyyətində dövlətin qadınlara göstərdiyi diqqətin gündəlik ictimai həyatda aydın hiss edildiyini bildirib. Natiq xüsusi olaraq qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki roluna əsl örnəkdir. Tədbirin sonunda mövzu ətrafında debat olub.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55

