Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Masallı rayon təşkilatı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirib

YAP Masallı rayon təşkilatı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirib

04.07.2014 [09:53]

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı rayonda fəaliyyət göstərən “Masal” mebel müəssisəsində yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan “Masal” mebel müəssisəsinin təsisçisi Adil Əliyev Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu, 1992-ci il 21 noyabr tarixində əsası qoyulmuş partiyanın daim dövlətçiliyə, müstəqilliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında inkişaf edən, çiçəklənən ölkə kimi qəbul edilir”.
Sonra təşkilati məsələyə baxılıb və Sadiq Əliyev YAP Masallı rayon təşkilatının “Masal” mebel müəssisəsində ərazi ilk partiya təşkilatının sədri seçilib. Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Masal” mebel müəssisəsində partiyanın ərazi ilk təşkilatının yaranmasının mühüm hadisə olduğunu vurğulayıb.
S.Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın milli-mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən Seyfəddin Əliyev deyib ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır.
Sonra “Masal” mebel müəssisəsinin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30