Bilik və təcrübənin vəhdətliyi günümüzün əsas tələblərindəndir
10.07.2014 [10:04]
YAP Gənclər Birliyinin “Yay məktəbi” bu məqsədə öz töhfələrini verir
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi davam edir.
İyulun 9-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi çərçivəsində Lerikdə “PR (İctimai əlaqələr)” mövzusunda təlim keçirilib. Qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə PR-in sosial mediadakı rolundan danışaraq, onun biznes təşkilatlarının, müxtəlif təşkilatların, qeyri-hökumət təşkilatları və siyasi partiyaların cəmiyyətdəki mövqeyinin əks olunmasındakı əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu baxımdan media landşaftında baş verən qlobal dəyişikliklər Azərbaycandan da yan keçmir. Cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq həyatımızda “Sosial media” vardır.
“Sosial media” anlayışının mahiyyəti açıqlanaraq, qeyd olunub ki, bu, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikrobloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.
V.Rəhimzadə xüsusi olaraq vurğulayıb ki, ölkədə sosial medianın inkişafı ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin uğuruna hesablanıb və Azərbaycanda söz azadlığının aparıcı istiqamətinə çevrilib. V.Rəhimzadə deyib ki, Ulu öndər Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. 2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının ümumiləşdirilmiş ifadəsi möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir.
Bildirilib ki, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, ictimai əlaqələrin qurulmasında və möhkəmlənməsində əhəmiyyətli rola malik olan bütün vasitələrdən istifadə etmək mütləqdir. Müasirləşmək, yeniləşmək dövlət siyasətimizin ana xəttini təşkil edir. O da qeyd edilib ki, internet vasitəsi ilə informasiyanın dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılıb. V.Rəhimzadə yenilikçi gəncləri müasir texnologiyalardan səmərəli istifadə etməyə çağırıb.
Sonra təlimin moderatoru, YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova mövzu ətrafında fikirlərini açıqlayıb. PR-in texnologiyaları, əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkədə ictimai əlaqələrin qurulmasının xüsusiyyətlərindən danışan L.Kərimova bildirib ki, PR şirkət və qurumların nüfuzunun idarə edilməsinin başlıca alətidir.
Sonra gənclərdən Elvin Dadaşov, Əminə Kazımlı və başqaları PR-lə bağlı fikirlərini və dünya praktikasından uğurlu PR nümunələrini diqqətə çatdırıblar.
Daha sonra mövzu ilə bağlı komandalara tapşırıqlar verilib. Yekunda Fərid Dünyamalıyevin təqdim etdiyi təhsil ilə bağlı ideya 1-ci, Elvin Dadaşovun təqdim etdiyi turizm mövzusundakı ideya 2-ci, Xətai Abdullayevin ekologiya ilə bağlı ideyası isə 3-cü yerə layiq görülüb.
Günün ikinci yarısı isə YAP Gənclər Birliyinin və regionun gənclərdən ibarət futbol komandaları arasındakı qarşılaşma ilə yadda qalıb. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyununda tərəflər sülhlə ayrılıblar (2:2).
Daha sonra isə gənclər arasında intellektual yarış keçirilib. Günə praktik oyunlarla yekun vurulub.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03

