YAP Qadınlar Şurasının nümayəndələri şəhid olmuş hərbçilərin yas mərasimlərində iştirak ediblər
05.08.2014 [09:44]
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının nümayəndələri erməni hərbi birləşmələrinin təxribatçı qrupunun hücumlarının dəf edilməsi zamanı şəhid olmuş hərbçilərin ailələrini ziyarət edib və onların dəfn və yas mərasimlərində iştirak ediblər. Belə ki, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva və YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova Quba rayonundan hərbi xidmətə çağırılmış şəhid Elnur İbrahimovun və Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış şəhid Mustafa Coşqunovun yas mərasimlərində iştirak edib.
Milli Məclisin deputatları-YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı və YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova isə Masallı rayonunda şəhid Əli Rəhimovun, Salyan rayonunda Səftər Məmmədovun və Biləsuvar rayonundan olan Anar Qafarzadənin ailəsini ziyarət edib, onların yas mərasimində iştirak ediblər. YAP Qadınlar Şurasının nümayəndələri şəhidlərin valideynlərinə başsaglığı verib, onlara Allahdan səbr diləyiblər. YAP Qadınlar Şurasının nümayəndələri belə qəhrəman oğullar yetişdirdiklərinə görə valideynlərə təşəkkür ediblər. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, şəhidlərin yas mərasimlərində YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev və YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev də iştirak ediblər. N.Əliyeva qeyd edib ki, torpaqlarımızı müdafiə edən cəsur əsgərlərimiz şəhidlik zirvəsinə yüksələrək, millətimizin şərəfinə çevriliblər: “Biz onlarla fəxr edirik. Onlar bizim gənclərimizə nümunədirlər. Çünki bu gənclər öz həyatlarını torpaqlarımız uğrunda qurban veriblər”.
N.Əliyeva deyib ki, şəhid Mustafa Coşqunov mesxeti türklərindəndir: “Onun atası öz oğlu ilə fəxr etdiyini dedi. Bütün xalqımız qəhrəman oğulları ilə fəxr edir. Biz torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinin dərdinə şərik çıxırıq, onlarla həmrəyliyimizi ifadə edirik. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımız işğalçılardan azad ediləcək və doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanacaq. Həmin gün şəhidlərimizin də ruhu şad olacaq” - deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.
“Şəhidlər bütün xalqımızın övladlarıdır. Çünki onlar xalqımız, torpağımız, Vətənimiz uğrunda canlarından keçiblər”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, şəhidlərin əziz xatirəsi həmişə böyük ehtiramla yad edilir. Onun sözlərinə görə, son günlər Ermənistanın təxribatçı əməllərinin qarşısını alan zaman şəhid olmuş hərbçilərin ailələrinə də mənəvi dəstək olmaq ciddi məsələdir. “Yeni Azərbaycan Partiyası hər zaman belə məsələlərə həssaslıqla yanaşır. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Partiyamızın rəhbər şəxsləri, millət vəkilləri, o cümlədən YAP Qadınlar Şurasının nümayəndələri şəhidlərin dəfnlərində və hüzr mərasimlərində iştirak edirlər. Mən və deputat həmkarım, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova Salyan, Masallı və Biləsuvar rayonundan olan şəhidlərimizin yas mərasimlərində iştirak etmişik, öz başsağlığımızı onların valideynlərinə çatdırmışıq. Biz belə qəhrəman oğullarımızla fəxr edirik. İnanırıq ki, məhz belə oğullarımızın sayəsində Qarabağı işğalçılardan azad edəcəyik. Görünən budur ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri münaqişənin ədalətli həllinə o qədər də maraqlı deyillər. Ona görə də, biz torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıyıq və hazırıq da” - deyə, M.İbrahimqızı bildirib.
Qeyd edək ki, Məlahət İbrahimqızı, həmçinin, Gəncə şəhərində hospitala yerləşdirilən yaralı hərbçiləri də ziyarət edib. Onunla birlikdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və təşkilatın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə yaralı hərbçilərə baş çəkiblər. Hospitalda yaralı hərbçilərin vəziyyəti, onlara göstərilən tibbi yardım barədə məlumat verilib. Hərbçilərlə görüşən M.İbrahimqızı onlara Allahdan şəfa diləyib. Onların xalqımızın layiqli övladları olduğunu deyən millət vəkili düşmən hücumlarının qarşısını qətiyyətlə aldıqlarına görə hərbçilərə minnətdarlığını bildirib. M.İbrahimqızı məhz belə oğulların sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. Hospitalın rəhbərliyi isə bu hərbçilərin tam qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41

