YAP Gədəbəy rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib
20.12.2014 [12:42]
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib. YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qarşıdan gələn bələdiyyə seçkilərinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Natiq vurğulayıb ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır: “Həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Eyni zamanda, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir”.
Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Azərbaycan dövlətinin işıqlı gələcəyə doğru inamla addımladığını bildiriblər. Qeyd edilib ki, müstəqil Azərbaycan son 10 ildə əldə etdiyi iqtisadi-siyasi uğurlarla ölkəmizin yerləşdiyi regionun aparıcı, lider dövləti kimi tanınır. Dünyanın qabaqcıl ölkələri bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası xalqımızın, dövlətimizin güclənməsi üçün hər zaman əlindən gələni əsirgəməyib, dövlətinin, millətinin yanında yer alıb. Tədbirdə seçicilərin seçki günü, məhz Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəyinə əminlik ifadə olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

