YAP Goranboy rayon təşkilatı “Müasir Azərbaycanın qurucusu” mövzusunda tədbir keçirib
09.05.2015 [12:23]
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Müasir Azərbaycanın qurucusu” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər qoyublar, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxa baxılıb.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov deyib ki, məhz Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və xilaskarlıq missiyası sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu. E.İsmayılov əlavə edib ki, Ümummilli liderimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində müstəsna hadisə kimi qiymətləndirilir: “Ulu öndər Heydər Əliyevin siyasi kursu, inkişaf siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdışından sonra dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun təməli qoyuldu. Ümummilli liderin misilsiz xidmətləri sayəsində Azərbaycan sabitliyin təmin olunduğu və davamlı inkişaf edən ölkəyə çevrildi: “Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət əsasında inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bunun nəticəsində də ölkəmiz böyük nailiyyətlər qazanmaqdadır”.
YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova isə bildirib ki, Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir: “Müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür”.
Rayon mədəniyyət və turizm şöbəsi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, Goranboy rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, YAP Goranboy rayon təşkilatı Qadınlar Şurasının sədri Zülfiyə Qarayeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət uğurla davam və inkişaf etdirilir.
Tədbirin sonunda partiya sıralarına qoşulmuş bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58

