Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır
12.05.2017 [10:08]
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının X konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Oğuz şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan Saleh Məhərrəmov qeyd edib ki, 1993-cü ildə təsis konfransını keçirən YAP Oğuz rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib. Bildirilib ki, YAP Oğuz rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək. Oğuz rayon təşkilatı partiyanın V qurultayında qəbul edilmiş qərarların, eləcə də İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.
S.Məhərrəmov nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ilin parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Hesabat məruzəsindən sonra nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə zəngin şərəfli yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Həyat çoxdan sübuta yetirib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Bildirilib ki, YAP tarixi zərurətdən yaranıb. YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artıb, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəlib. 1992-ci il oktyabrın 24-də Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirib. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən dövrdə çətin və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün yüksək intellektli gəncliyin imkanlarından istifadə edilməsi vacib şərtdir.
V.Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təşkil edildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub.
Çıxışlarda vurğulanıb ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olub. Bu partiya sağlam düşüncəli, sağlam fikirli insanları birləşdirmək və Azərbaycanın o mürəkkəb dövründə ölkənin problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət göstərir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilir.
Sonra təşkilati məsələlər müzakirə edilib, Saleh Məhərrəmov yenidən YAP Oğuz rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası və İdarə Heyəti seçilib. Həmçinin bir qrup gəncə partiyanın üzvlük vəsiqələri verilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

