Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü qeyd edilib
23.11.2018 [09:03]
Tərtərdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu, Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra rayondakı Gənclər Mərkəzində keçirilən və partiya fəallarının, ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov partiyanın 26 illik fəaliyyəti barədə ətraflı məlumat verib. YAP-ın respublikanın aparıcı siyasi qüvvəsi olduğunu deyən R.Şabanov bildirib ki, Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən tərtərlilər partiya sıralarına həvəslə daxil olurlar. Hazırda partiyanın rayon təşkilatı 6359 nəfər YAP üzvünü özündə birləşdirir ki, onlardan da 3419 nəfəri qadınlar, 1457 nəfəri isə gənclərdir.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Bildirib ki, bu gün bu siyasətin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər qazanılır.
Tədbirdə həmçinin YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, YAP Tərtər rayon təşkilatı Şurasının üzvü, Tərtər İlk Peşə İxtisas Məktəbinin direktoru Faiq Məmmədov, YAP Tərtər rayon təşkilatı Şurasının üzvü Kərrar Bayramov və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın fəaliyyətə başladığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənə bağlılıq kimi ülvi prinsiplərə söykəndiyini deyiblər. Natiqlər həmçinin ötən 26 il ərzində partiyanın keçdiyi uğurlu yola da nəzər salıblar.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP-ın yaradılmasının 26-cı ildönümü ilə əlaqədar Fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

