YAP seçki kampaniyasının I mərhələsini uğurla başa çatdırıb
17.11.2009 [09:54]
Noyabr ayının 14-də Yeni Azərbaycan Partiyası (YAP) şəhər və rayon təşkilatlarının qarşıdan gələn bələdiyyə seçkilərilə əlaqədar ümumrespublika müşavirəsi keçirilib. Tədbirdə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov söyləyib ki, dekabr ayının 23-də keçiriləcək yerli özünüidarə orqanlarına - bələdiyyələrə seçkilər kampaniyası yeni bir mərhələyə daxil olub: “Bildiyiniz kimi, noyabr ayının 13-də namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu prosesi başa çatıb. Ayrı-ayrı partiyalar tərəfindən, fərdi qaydada irəli sürülmüş namizədlər ya qeydə alınıblar, ya da irəli sürülmüş namizədlərlə əlaqədar dairə seçki komissiyaları Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq qərarlar qəbul ediblər”.
Əli Əhmədovun sözlərinə görə, YAP hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşır: “Biz Azərbaycanın 1718 bələdiyyəsinin hər birinə müvafiq sayda namizədlər irəli sürmüşük. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, həm partiyamız tərəfindən bələdiyyələrə namizədlərin irəli sürülməsi kampaniyası, həm də irəliyə sürülmüş namizədlərin bələdiyyələrə namizədliyinin dairə seçki komissiyaları tərəfindən qeydə alınması üçün imzaların toplanılması, müvafiq sənədlərin hazırlanması kampaniyası uğurla həyata keçirilmişdir. 1718 bələdiyyə üzrə 15682 yerə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü 15637 namizəd qeydə alınmışdır. Qeydə alınan namizədlərin 4794 nəfəri hazırda bələdiyyə üzvləridir və yenidən bələdiyyə seçkilərində iştirak edir. Namizədlərin təxminən 30 faizi gənclərdir. Qadınların namizədlər sırasında xüsusi çəkisi də təxminən bir o qədərdir”.
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov söyləyib ki, YAP namizədlərin mütləq əksəriyyətinin qeydə alınması üçün tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirə bilib: “Bildiyiniz kimi, seçki kampaniyasının əvvəlində partiyamızın bələdiyyələrdə qadınların və gənclərin təmsilçilik əmsalının artırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirəcəyimiz haqqında bəyanatlar səsləndirmişik. Bunun əsasında isə bələdiyyələrdə qadınların və gənclərin iştirakının çox aşağı olması dayanırdı. Bizim apardığımız təhlillər nəticəsində məlum olmuşdur ki, qadınların mövcud bələdiyyələrdə təmsilçiliyi 4 faiz, gənclərin isə 5,5 faizdir. Qadınların və gənclərin bələdiyyələrdə bu qədər aşağı faizlə təmsil olunmasının, onların Azərbaycan cəmiyyətindəki nə xüsusi çəkisinə, nə də ictimai-siyasi həyatdakı fəallıqlarına və rollarına uyğun gəlmədiyini sübut etməyə ehtiyac yoxdur. Ona görə də, biz bələdiyyə seçkilərilə əlaqədar müəyyənləşdirdiyimiz konsepsiyada irəli sürəcəyimiz namizədlər içərisində qadınların və gənclərin faiz nisbətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini qarşımıza məqsəd kimi qoymuşduq. İrəli sürdüyümüz namizədlər içərisində 30 faiz qadınlar və bir o qədər də gənclər təmsil olunurlar. Hesab edirəm ki, bu, Azərbaycanda bələdiyyə seçkilərinin tarixində əhəmiyyətli bir hadisədir”.
Əli Əhmədov əmin olduğunu söyləyib ki, seçicilərin iradəsindən asılı olaraq, YAP-ın namizədliyini irəli sürdüyü qadınların və gənclərin böyük əksəriyyəti bələdiyyələrdə təmsil olunmaq hüququ əldə edəcək: “Bizim quracağımız təşviqat kampaniyası nəticəsində hörmətli seçicilərimizi məhz, bu qadınlara və gənclərə səs vermələrinin məqsədəuyğun olduğuna inandıra biləcəyik. Güman edirəm ki, qarşımıza qoyduğumuz vəzifələrin həyata keçirilməsi üçün təşviqat resurslarımız da mövcuddur”.
Əli Əhmədov diqqətə çatdırıb ki, seçki kampaniyasının I mərhələsi Yeni Azərbaycan Partiyası üçün uğurla başa çatıb: “Bundan sonra bizim qarşımızda daha məsuliyyətli, daha çox əmək sərf edilməsini tələb edən vəzifələr durur. Biz, həm seçki kampaniyasının uğurla keçməsi üçün digər seçki hərəkətləri var ki, onları müvəffəqiyyətlə həyata keçirməliyik, həm də irəli sürdüyümüz namizədlərin uğurlu seçki kampaniyasını aparmalıyıq. Nəzərinizə çatdırım ki, 2004-cü il bələdiyyə seçkilərinin nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədlərinin 60 faizi yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq hüququ əldə etdilər. Sonradan isə bitərəf təmsilçilərin partiyamıza üzv olmaq istəklərinin reallaşması nəticəsində Yeni Azərbaycan Partiyasının bələdiyyələrdə təmsilçiliyi 64 faizə yüksəlmişdi. İndi isə bizim qarşımızda duran minimum proqrama görə, seçki kampaniyasını elə qurmalıyıq ki, Yeni Azərbaycan Partiyasının bələdiyyələrdə təmsilçiliyi mövcud vəziyyətdən aşağı olmasın”.
İcra katibi Əli Əhmədov müşavirədə vurğulayıb ki, qarşıdan gələn təbliğat-təşviqat kampaniyasında əsas işin ağırlığı yerli təşkilatların üzərinə düşəcək.
Əli Əhmədov sonda şəhər və rayon təşkilatlarının qarşısında duran vəzifələrin öhdəsindən səmərəli şəkildə gəlmələri üçün tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

