Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir

YAP Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir

09.05.2019 [10:03]

Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində mayın əvvəlindən başlayaraq Ağstafa rayonunun təhsil müəssisələrində oxuyan şagirdlər üçün Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilir. Ekskursiyaların təşkil olunmasında məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsini şagirdlərə aşılamaq və şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Eksursiyalar zamanı şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolu, həmçinin Azərbaycan tarixində rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilir. Həmçinin dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu bildirilir.
Eyni zamanda, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunaraq ölkəmizin qazandığı nailiyyətlər barədə ekskursiya iştirakçıları ətraflı şəkildə məlumatlandırılır.
Ekskursiyalar may ayının 10-na qədər davam edəcək.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30