YAP Goranboy rayon təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
22.01.2010 [13:48]
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül - çiçək dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon mədəniyyət evində davam etdirilib.
YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova məlumat verərək bildirib ki, 17 il əvvəl 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin Sədrliyilə YAP-ın təsis konfransı keçirilib: “ötən 17 il göstərir ki, YAP öz qarşısına qoyduğu şərəfli vəzifələri layiqincə yerinə yetirib, ölkəmizdə hüquqi, dünyəvi, demokratik prinsiplərə əsaslanan dövlət yaradılıb. Demokratiyaya gedən yolda partiyamızın şərəfli yolu hər birimizə yaxşı məlumdur”.
O, qeyd edib ki, 1995-ci ildə təsis edilmiş və öz fəaliyyətilə fərqlənən YAP Goranboy rayon təşkilatı rayonun ictimai-siyasi həyatında həmişə yaxından iştirak edib: “Keçən müddət ərzində rayon təşkilatının formalaşmasında, onun strukturunun təkmilləşdirilməsində və möhkəmləndirilməsində idarə heyəti və ilk təşkilatlar tərəfindən xeyli işlər görülüb. Partiya üzvlərinin çevik fəaliyyəti sayəsində rayon təşkilatı əsas aparıcı qüvvəyə çevrilib. Rayon təşkilatı ötən 15 ildə respublikamızda keçirilən 4 prezident, 2 ümumxalq səsverməsində, 3 bələdiyyə seçkilərində öz mübarizliyini, təşkilatçılıq məharətini, insanlar arasında olan nüfuz və hörmətini nümayiş etdirib, dövlətçiliyimizin möhkəmlənməsi, demokratiyanın bərqərar olunması, partiyanın irəli sürdüyü prinsiplərin həyata keçirilməsi naminə bütün imkanlardan bacarıqla istifadə edilib”.
Əzra Həşimova bildirib ki, YAP Goranboy rayon təşkilatı 5 min nəfərdən artıq üzvü 93 ilk partiya təşkilatında birləşdirir. YAP üzvlərinin 75 faizini ziyalılar, qalan hissəsini isə digər sahədə çalışanlar təşkil edir. Rayon təşkilatı üzvlərinin 52 faizi qadınlar, 31 faizi isə gənclərdir. Son 3 ildə YAP - a qəbul olunanların sayı 1300 nəfərdən artıq olub.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, 2 saylı şəhər orta məktəbin müəlliməsi Dürdanə Bağırova, Mərkəzi Xəstəxananın həkimi Təranə Abbasova çıxış edərək YAP-ın yaranma tarixindən, YAP üzvlərinin respublikamızın ictimai-siyasi həyatında fəal iştirakından və geniş miqyaslı görülmüş işələrdən danışıblar.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək YAP-ın yaranma tarixindən, respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqlardan, respublikamızın sürətli inkişafından söz açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə çıxış edərək partiyamızın keçdiyi şərəfli yoldan və qarşıda duran vəzifələrdən danışıb.
Sonra YAP üzvlüyünə qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib. YAP rayon təşkilatının 15 illik fəaliyyətində fərqlənən bir qrup YAP üzvünə fəxri fərmanlar və pul mükafatları təqdim edilib. Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət ünvanlanıb.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

