/ / 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin seçicilərlə növbəti görüşü keçirilib
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ağalar Vəliyevin seçicilərlə növbəti görüşü keçirilib
24.01.2020 [11:12]
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşləri olub. Görüşlərdə YAP Goranboy rayon təşkilatının yerli qərargah üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və çoxsaylı kənd sakinləri iştirak ediblər.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir - fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. “Respublikamız parlament seçkilərinə sabitlik və inkişafın fonunda gedir. Bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə, seçicilərin etimadına güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”, - deyən E.İsmayılov 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ağalar Vəliyevin fəaliyyəti haqqında məlumat verib. O deyib ki, A.Vəliyev ötən müddət ərzində rayon seçicilərini parlamentdə layiqincə təmsil edib, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib.
Deputatlığa namizəd Ağalar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin ölkəmizin dinamik inkişafını təmin etdiyini diqqətə çatdırıb. O, bütün sahələri əhatə edən genişmiqyaslı, kompleks islahatların, xalq-iqtidar birliyinin əhəmiyyətindən, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən məqsədyönlü tədbirlərin səmərəli nəticələrindən, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsindən bəhs edib. “Yeni Azərbaycan Partiyası xalqın dəstəyi əsasında parlament seçkilərində parlaq qələbə qazanmaq əzmindədir. Çünki Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçmiş YAP yüksək nüfuza malikdir”, - deyən Ağalar Vəliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15

