/ / 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə YAP-ın deputatlığa namizədi Ziyafət Əsgərovun təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə YAP-ın deputatlığa namizədi Ziyafət Əsgərovun təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
24.01.2020 [11:16]
Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.
Yanvarın 23-də YAP tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizədliyi irəli sürülən Ziyafət Əsgərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Lənkəran rayonunun Hirkan, Parakənd, Xanbulan, Bürcəli, Daştatük, Mamusta, Vel və Siyavar kəndlərinin seçiciləri ilə görüş keçirib.
Z.Əsgərov əvvəlcə seçiciləri müstəqil Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Deputatlığa namizədin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin ötən il həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə müvafiq addımlar atılıb.
Daha sonra Z.Əsgərov Lənkəran rayonundan olan seçiciləri seçkilərdə mütəşəkkil olmağa çağırıb, onların 9 fevralda parlaq gələcəyimizə, daha güclü Azərbaycan naminə səs verəcəklərinə əminliyini dilə gətirib.
76 saylı Lənkəran-Astara seçki dairəsinin ərazisində yerləşən Hirkan, Parakənd, Xanbulan, Bürcəli, Daştatük, Mamusta, Vel və Siyavar yaşayış məntəqələrindən olan seçicilər də Milli Məclisin rəhbərliyində təmsil olunan deputatlığa namizəd Z.Əsgərovun son illərdəki fəaliyyətindən razılıqlarını bildirib, həmçinin gələcək fəaliyyətində ona uğurlar diləyiblər.
76 saylı Lənkəran-Astara seçki dairəsindən YAP-ın deputatlığa namizədi Z.Əsgərovun seçicilərlə növbəti görüşü Astara rayonunun Şahağacı kəndində baş tutub.
Z.Əsgərov əvvəlcə Şahağacı kənd seçicilərinə onunla görüşə gəldikləri üçün təşəkkürünü bildirib. Astaralı seçicilərin qarşısında çıxış edən Z.Əsgərov növbəti parlament seçkilərində seçiciləri fəal olmağa, seçki günü YAP-ın namizədinə səs verməyə çağırıb. Deputatlığa namizəd dövlət tərəfindən regionlarda iqtisadi inkişafın əldə edildiyini, o cümlədən kənd təsərrüfatı, infrastruktur quruculuğu və digər sahələrdə mühüm uğurlara nail olunduğunu qeyd edib.
Şahağacı kənd seçiciləri də YAP-ın deputatlığa namizədi Z.Əsgərova onlarla görüşə gəldiyi üçün təşəkkür ediblər, öz təkliflərini çatdırıblar və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

