Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədi Müşviq Məmmədov Hacı Zeynalabdin qəsəbəsinin seçiciləri ilə görüşüb

YAP-ın 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədi Müşviq Məmmədov Hacı Zeynalabdin qəsəbəsinin seçiciləri ilə görüşüb

29.01.2020 [09:55]

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədi Müşviq Məmmədovun təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Hacı Zeynalabdin qəsəbəsinin seçiciləri ilə olub. Görüşdə çıxış edən namizədin vəkilləri qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat veriblər. Çıxışlarda seçicilərin fevralın 9-da seçki məntəqələrinə gedib ölkəmizin daha güclü gələcəyi naminə YAP-ın namizədlərinə səs verəcəklərinə əminlik ifadə olunub.
Tədbirdə çıxış edən YAP-ın 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədi Müşviq Məmmədov deyib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələr inkişaf edib: “Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz fevralın 9-da düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcəklər”.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30