/ / 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
29.01.2020 [10:06]
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayonu “Təbriz-95” ünvanında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb. 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlunun fəaliyyəti haqqında məlumat verən T.Tağıyev deyib ki, o, 2015-ci ildə keçirilmiş seçkilərdə məhz bu dairədən millət vəkili seçilərək Nərimanov rayon seçicilərini parlamentdə təmsil edib. Fəaliyyəti dövründə Nərimanov rayon seçiciləri ilə sıx təmasda olan Hikmət Babaoğlu ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edib.
Çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu Milli Məclisdə fəaliyyəti dövründə Nərimanov rayon seçicilərini layiqincə təmsil etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi üçün aidiyyəti dövlət qurumlarına ünvanlanıb: “Belə ki, millət vəkili kimi fəaliyyətim ərzində vətəndaşlar tərəfindən ünvanımıza 118 şifahi və 97 yazılı müraciət daxil olub. Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib”.
Deputatlığa namizəd deyib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir: “Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. YAP bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub”.
O, həmçinin seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib. Hikmət Babaoğlu onu da deyib ki, seçicilərin müraciətlərini, onların qaldırdıqları problemləri yalnız YAP-ın namizədləri həll edə bilər. Buna görə də 9 fevral seçkilərində seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb. Görüşdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Nurulla Məmmədov, görüş iştirakçılarından Səmyar Abdullayev, Emin Həsənli və digərləri ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Qeyd olunub ki, 9 fevralda Nərimanov rayon seçicilərinin seçimi YAP-ın namizədi Hikmət Babaoğlu olacaq. Sonda deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə səmimi söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

