Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sevinc Hüseynova Gədəbəy rayonunun Dəyirmandağ kəndində seçicilərlə görüşüb

Sevinc Hüseynova Gədəbəy rayonunun Dəyirmandağ kəndində seçicilərlə görüşüb

31.01.2020 [09:54]

Yeni Azərbaycan Partiyasının (YAP) 103 saylı Gədəbəy seçki dairəsi üzrə deputatlığa namizədi Sevinc Hüseynovanın seçicilərlə növbəti görüşü rayonun Dəyirmandağ kəndində keçirilib. Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının seçki qərargahının üzvləri Məlahət Əliyeva və Xəyyam Vəliyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu bildiriblər. Görüşdə gədəbəyli seçicilərin bu prosesdə hər zaman olduğu kimi, fəallıq göstərəcəklərinə və “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədlərinə səs verəcəklərinə inam fadə edilib.
Çıxış edən YAP-ın Milli Məclisə seçkilərdə namizədi S.Hüseynova bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: “Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar gündən-günə artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, regionlarımızda geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır”.
O bu uğurların davamlı olması üçün seçiciləri fevralın 9-da YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30